Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq


Digərləri 17 Yan 2020 09:08:51 102 0

Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq

Azərbaycandakı bütün turizm bələdçiləri Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası tərəfindən qeydiyyatdan keçiriləcək.

Bakı. İlhamə İsabalayeva – Azərbaycandakı bütün turizm bələdçiləri Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası tərəfindən qeydiyyatdan keçiriləcək. Bunu Trend-ə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) həmtəsisçisi, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyalar Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova deyib. Onun sözlərinə görə, həmin bələdçilər haqqındakı məlumatlar ATBA-nın məlumat bazasına daxil ediləcək. S.Əsgərova bildirib ki, hazırda turizm sənayesində 600-ə yaxın turizm bələdçisi fəaliyyət göstərir. Həmin bələdçilərin 300-ə yaxını ATBA-nın məlumat bazasında qeydiyyatdan keçib: