Çinin əhalisi sürətlə artır


Dünya 17 Yan 2020 08:59:00 172 0

Çinin əhalisi sürətlə artır

Hong Kong, Makao və Tayvanın xüsusi inzibati bölgələri istisna olmaqla, Çin əhalisi 2019-cu ilin sonunda 4,67 milyon nəfər artaraq 1,4 milyard nəfəri keçib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Çinin Dövlət Statistika Bürosunun xəbərində deyilir.

2018-ci ildə Çinin əhalisi 5,3 milyon nəfər artmışdır.

2019-cu ildə ölkədə 14,65 milyon yeni doğulan uşaq qeydə alınıb, doğuş koefisienti hər min nəfərə 10,48 olub. Elə həmin il Çində 9,98 milyon insan dünyasını dəyişib və ölüm nisbəti minə 7,14 təşkil edib. Əhalinin təbii artımı hər min nəfərə 3,34 təşkil edib. Kişi əhalisinin sayı 715,27 milyon, qadınlar 684.78 milyon olub. Sakinlərin ümumi sayı 1 milyard 400 milyon 50 min nəfərə çatıb.

16 yaşdan 59 yaşa qədər ümumi əmək qabiliyyətli əhalinin sayı 2019-ci ildə 897,29 milyon nəfərdən 896,4-ə düşmüşdür ki, bu da ümumi əhalinin 64 faizini təşkil edir. 2018-ci ildə bu göstərici 64,3% olub.