ABŞ dövlət katibi Liviya sammitində iştirak edəcək


Dünya 17 Yan 2020 04:42:00 114 0

ABŞ dövlət katibi Liviya sammitində iştirak edəcək

​ABŞ dövlət katibi Liviya sammitində iştirak edəcək

ABŞ dövlət katibi Maykl Pompeo Berlində keçiriləcək Liviya sammitində iştirak edəcək.

“Report”un xəbərinə görə, Pompeo Almaniyaya yanvarın 19-da səfər edəcək:

“Dövlət katibi Almaniya və BMT-nin Liviya mövzusunda birgə təşkil etdiyi beynəlxalq konfransda iştirak etmək üçün yanvarın 19-da Berlinə yola düşəcək” deyə, Dövlət Departamentinin açıqlamasında bildirilib

Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi RİA “Novosti”yə bildirib ki, Liviya ilə bağlı Berlində keçirilən konfransda ABŞ dövlət katibi ölkədə barışığı davam etdirməyə və bütün xarici qüvvələri Liviyadan çıxarmağa çalışacağını söyləyib.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel yanvarın 19-da Berlində keçiriləcək “Liviya sammiti”ndə liviyalı tərəflərin iştirak etməsini istəyib. Berlində keçiriləcək beynəlxalq konfransa Türkiyə, ABŞ, Rusiya, Çin, Fransa, İngiltərə, İtaliya və digər ölkələrin rəsmiləri də dəvətlidirlər.

Artıq Böyük Britaniyanın baş naziri Boris Conson və Liviya Milli Ordusunun (LMO) rəhbəri Xəlifə Haftar Berlində keçiriləcək Liviya sammitində iştirak edəcək.