Qriqori Trofimçuk: Azərbaycan avropalı məmurları letargiya yuxusundan ayıltmağa qadirdir


Digərləri 16 Yan 2020 20:44:06 117 0

Qriqori Trofimçuk: Azərbaycan avropalı məmurları letargiya yuxusundan ayıltmağa qadirdir

Avropa İttifaqı (Aİ) hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Bakı. Hüseyn Səfərov - Avropa İttifaqı (Aİ) hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bunu Trend-ə rusiyalı politoloq Qriqori Trofimçuk deyib. Onun sözlərinə görə, Aİ nümayəndələri hər zaman Qarabağla bağlı sənəd, protokol və qətnamələri dəstəkləyiblər: “Bu baxımdan “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” qətnamənin qəbul olunmasında yeni bir şey yoxdur. Bütün məsələ ondadır ki, bu yanaşmalar təcrübədə və müharibəsiz necə tətbiq olunacaq”. Politoloq hesab edir ki, beynəlxalq, xüsusilə də Avropa təşkilatlarında işləyən Azərbaycan və Ermənistan nümayəndələri üçün bu baxımdan çox dəyişiklik olmayacaq. Onun sözlərinə görə, daha bir vacib məqam Azərbaycan və onun nümayəndələrinin bu qətnamə əsasında necə hərəkət edəcəyidir: “Burada hər şey özlərindən asılıdır. Məsələ Qarabağ nizamlanması ilə bağlıdırsa, onlar avropalı məmurları letargiya yuxusundan ayıltmağa qadirdir”. Yekunda rusiyalı politoloq Avropada Azərbaycan diasporlarının nümayəndələrinə mövcud vasitələrdən düzgün istifadə etməyi və səmərəli təsir sistemi yaratmağı tövsiyə edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin