Azərbaycanda kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübarizənin gücləndirilməsi barədə təkliflər hazırlanacaq


İqtisadiyyat 16 Yan 2020 20:30:38 116 0

Azərbaycanda kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübarizənin gücləndirilməsi barədə təkliflər hazırlanacaq

2020-ci ilin may ayınadək kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübarizənin gücləndirilməsi barədə təkliflər hazırlanıb Nazirlər Kabinetinə təqdim ediləcək

2020-ci ilin may ayınadək kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübarizənin gücləndirilməsi barədə təkliflər hazırlanıb Nazirlər Kabinetinətəqdim ediləcək.

“Report” xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən "2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda qeyd edilib.

Tədbirlər Planına əsasən, bu təkliflər İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Statistika Komitəsi tərəfindən hazırlanacaq.

Bundan əlavə,ilin sonunadəkƏmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasınaqeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı koordinasiyanın gücləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsi tapşırılıb.