Suriyada partlayış törədilib, ölənlər var


Dünya 16 Yan 2020 20:39:06 112 0

Suriyada partlayış törədilib, ölənlər var

Suriyanın şimal sərhədindəki Təl-Əbyad şəhərində avtomobilin partladılması nəticəsində 6 hərbçi ölüb, 13 nəfər yaralanıb.

Suriyanın şimal sərhədindəki Təl-Əbyad şəhərində avtomobilin partladılması nəticəsində 6 hərbçi ölüb, 13 nəfər yaralanıb.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki,Azad Suriya Ordusununqərargahının qarşısında baş verən hadisədə ölənlər arasında iki nəfər türk zabiti və dörd nəfər FSA üzvü var.

Qeyd edək ki, hadisənin baş verdiyiTəl-Əbyad şəhəri Türkiyənin oktyabr ayında başladığı “Barış pınarı” adlı antiterror əməliyyatı bölgəsində yerləşir.