Azərbaycanla sərhəddə sərhədçini girov götürən Gürcüstan vətəndaşına


Digərləri 16 Yan 2020 20:14:00 122 0

Azərbaycanla sərhəddə sərhədçini girov götürən Gürcüstan vətəndaşına

Gürcüstan vətəndaşı Georgi İçukaidze barəsində Azərbaycanla sərhəddə silahlı insidentlə əlaqə rəsmi ittiham irəli sürülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, G.İçukaidze odlu silah almaqda və saxlamaqda, eləcə də girov götürməkdə ittiham olunub.

Xatırladaq ki, yanvarın 14-də Gürcüstan-Azərbaycan sərhədində insident baş verib.

Gürcüstanın sərhəd polisinin Çitelexide sahəsi üzrə sərhəd nümayəndəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin rəisi ilə əlaqə saxlayaraq, "Keşikçi Qala" sərhəd zastavasının xidməti ərazisi ilə üzbəüzdə - Gürcüstan ərazisində hərbi geyimli naməlum şəxsin Gürcüstan sərhədçisini girov götürərək sərhəd xəttinə doğru irəliləməsi barədə məlumat verib.

Daxil olmuş məlumat əsasında dərhal təxirəsalınmaz işlər görülüb, qeyd olunan istiqamətdə dövlət sərhədinin mühafizəsi gücləndirilib, həmin şəxslərin Azərbaycan ərazisinə keçmək cəhdinə yol verməmək üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı həmkarlarına bu insidentin aradan qaldırılması ilə bağlı effektiv əməkdaşlığa görə minnətdarlığını bildirib.