Hələb atəşə tutulub, 4 nəfər ölüb, 15-i yaralanıb


Dünya 16 Yan 2020 19:38:14 118 0

Hələb atəşə tutulub, 4 nəfər ölüb, 15-i yaralanıb

Hələbin Əs-Sakari yaşayış məntəqəsinə terrorçular 3 raket zərbəsi endirib, 4 mülki şəxs ölüb, 15 nəfər yaralanıb.

Hələbin Əs-Sakari yaşayış məntəqəsinə terrorçular 3 raket zərbəsi endirib,4 mülki şəxs ölüb, 15 nəfər yaralanıb.

“Report” SANA-ya istinadən xəbər verir ki, yaralılar xəstəxanalara yerləşdirilib.

Yaşayış evlərinə, ictimai və şəxsi mülkiyyətlərə zərər dəyib.

Qeyd edək ki, yanvarın 12-də də Hələb raket atəşinə tutulmuşdu, nəticədə 2 yeniyetmə ölmüş, 3 nəfər yaralanmışdı.