Əlilliyin qiymətləndirilməsi üçün müayinəyə göndərişlərin verilməsi qaydası müəyyənləşib


Sosial 16 Yan 2020 19:24:50 82 0

Əlilliyin qiymətləndirilməsi üçün müayinəyə göndərişlərin verilməsi qaydası müəyyənləşib

Nazirlər Kabineti “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli qərarını ləğv edib.

Nazirlər Kabineti “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli qərarını ləğv edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarla “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” təsdiq edilib.

“Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 796) ləğv edilib.

Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanıb və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir.

Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir.

Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir.

Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.

Göndəriş verilməsi üçün əsas aşağıdakılardır:

- şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;

- şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir);

- əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi;

- peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi;

- əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir.

Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir.

Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir.

Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir.

Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilmə-sindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Medvedev istefa xəbərini belə verib like
  • 16 Yan 19:24  
Dünya Medvedev istefa xəbərini belə verib

Xəbər verdiyimiz kimi, ötən gün Dmitri Medvedevin rəhbərlik etdiyi hökum

arrow Ətraflı
Əli Əsədov Tədbirlər Planını təsdiqlədi like
  • 16 Yan 19:21  
Digərləri Əli Əsədov Tədbirlər Planını təsdiqlədi

"Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu

arrow Ətraflı
Dünyanın ən bahalı şəhərləri like
  • 16 Yan 19:19  
Digərləri Dünyanın ən bahalı şəhərləri

"Numbeo" veb-portalı 2020-ci ilin əvvəlinə olan vəziyyətə gör

arrow Ətraflı
Baş nazir Tədbirlər Planını təsdiqləyib like
  • 16 Yan 19:17  
Digərləri Baş nazir Tədbirlər Planını təsdiqləyib

“Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu il

arrow Ətraflı
Gürcüstanda dəmir yolları ilə konteyner daşımalarından gəlir 43% artıb like
  • 16 Yan 19:15  
Dünya Gürcüstanda dəmir yolları ilə konteyner daşımalarından gəlir 43% artıb

Gürcüstanın dəmir yolları vasitəsilə ötən il 78 900 TEU tipli yük kon

arrow Ətraflı
Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün like
  • 16 Yan 19:14  
Digərləri Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün

Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyə

arrow Ətraflı
Turizm şirkətlərinə tövsiyə: Ailə, tələbə turizmi təşviq edilməlidir like
  • 16 Yan 19:11  
Digərləri Turizm şirkətlərinə tövsiyə: Ailə, tələbə turizmi təşviq edilməlidir

Azərbaycanda turizm şirkətlərinə bəzi turizm sahələrini stimullaşdırma

arrow Ətraflı
Almaniyada təyyarə qəzası, like
  • 16 Yan 19:07  
Dünya Almaniyada təyyarə qəzası,

Almaniyanın şərqində təyyarə qəzası olub.

arrow Ətraflı
Rus baletinin ulduzları "Qu gölü" tamaşasında iştirak edəcəklər like
  • 16 Yan 19:04  
Kriminal Rus baletinin ulduzları "Qu gölü" tamaşasında iştirak edəcəklər

Fevralın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaş

arrow Ətraflı
Almaniyada təyyarə qəzaya uğrayıb, ölənlər var like
  • 16 Yan 19:01  
Digərləri Almaniyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Təyyarə düşdükdən sonra tamamilə yanıb.

arrow Ətraflı
Gürcüstandan gələn avtobusda qadağan olunmuş dərman preparatı tapıldı like
  • 16 Yan 18:59  
Digərləri Gürcüstandan gələn avtobusda qadağan olunmuş dərman preparatı tapıldı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük

arrow Ətraflı