Baş nazir Tədbirlər Planını təsdiqləyib


Digərləri 16 Yan 2020 19:17:00 134 0

Baş nazir Tədbirlər Planını təsdiqləyib

“Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib.

Bakı. “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Tədbirlər Planında nəzərdə tutulan icraçılar müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin