Bakı metrosunda həyəcanlı anlar


Digərləri 16 Yan 2020 18:41:00 165 0

Bakı metrosunda həyəcanlı anlar

Bakının "İçərişəhər" metro stansiyasında sərnişin sıxlığının müşahidə edildiyi saatda (18:10) həyəcanlı anlar yaşanıb.

Son.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, sərnişinləri platformaya endirən eskalator qəfil dayanıb. 

Sərnişinlərin əksəriyyəti həyəcandan piyada addımlamaqdan imtina ediblər. Lakin sərnişinlə dolu eskalator bir neçə dəqiqə sonra hərəkətini davam etdirib.

Məhəmməd Vaqif Son.az