Ruslan Quliyev: “Bölgələrdəki mehmanxanalar POS-terminallardan istifadə etməkdə maraqlı deyillər”


Digərləri 16 Yan 2020 18:35:21 61 0

Ruslan Quliyev: “Bölgələrdəki mehmanxanalar POS-terminallardan istifadə etməkdə maraqlı deyillər”

Ruslan Quliyev: “Bölgələrdəki mehmanxanalar POS-terminallardan istifadə etməkdə maraqlı deyillər”

"Azərbaycan banklarının bölgələrdə yerləşən filialları mikro kreditlərin verilməsi ilə bağlılazımi qədər təşəbbüs göstəmirlər".

Bunu "Report"a açıqlamasındaAzərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev deyib.

O, bu barədə iş adamlarının, o cümlədən turizm sektorunda fəaliyyət göstərən sahibkarların Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovla görüşdə səsləndirdiyi təkliflər barədə məlumat verərkən danışıb.

"Ekoturizm, kənd-yaşıl turizm və aqro turizmlə bağlı müxtəlif şirkət və təşkilatların irəli sürdüyülayihələrə yerli icmalar cəlb edilir.Banklar da maraqlı olmalıdır ki, burada çox risk daşımayan maliyyələşdirmə ilə məşğul olsunlar. Əslində banklarda biznesin inkişafı şöbəsi aktiv olmalıdır. Hətta onlar özləri də biznesin inkişafı layihələri təklif edə bilərlər. Bu həm Cənub, həm Şimal, həm dəŞimal-Qərb marşrutu üzrə mümkün ola bilər", - deyə o, qeyd edib.

Bundan başqa, ekspertin spzlərinə görə, Azərbaycana turist axını artsa da, plastik kartlarla ödəmələrin məbləğində ciddi artım yoxdur: "Bunu bir sıra obyektiv, subyektiv səbəbləri var. Belə ki, bölgələrdəki mehmanxanalar və digər ictimai iaşə obyektləri POS-terminallardan istifadə etməkdə maraqlı deyillər. Onlar bunun üçünmüxtəlif bəhanələr gətirirlər. Amma turoperatorlar özfəaliyyətində nağdsız ödənişdə maraqlıdır. Bu həm dəVergilər Nazirliyinin marağında olmalıdır. Banklar da bu işdə təşəbbüskar olmalıdır, yerli iş adamları üçünhəvəsləndirici kampaniyalar həyata keçirməlidirlər”.