Qaradağda evdən 26 min manat oğurlayan dəstə üzvləri saxlanılıblar - YENİLƏNİB


Sosial 16 Yan 2020 11:46:00 75 0

Qaradağda evdən 26 min manat oğurlayan dəstə üzvləri saxlanılıblar - YENİLƏNİB

Bakıda ev və qarajdan oğurluq edən dəstə üzvləri saxlanılıblar.

Qaradağda evdən26758 manat oğurlayan dəstə üzvləri saxlanılıblar.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Qaradağ Rayon Polis İdarəsi38-ci Polis Bölməsiəməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də rayon ərazisindəki evlərin birindən 26758 manat, televizor və noutbuk oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri D.İbayev, X.Hüseynov, əvvəllər məhkum olunmuşlar - B.Cabbarov və T.Həbiyev saxlanılıblar.

Ətraflarında aparılan tədbirlərlə onların rayon ərazisindəki 1 qarajdan 4 ədəd təkər, su mühərriki və velosiped oğurlamaları da müəyyən edilib.

***11:19

Bakıda ev və qarajdan oğurluq edən dəstə üzvləri saxlanılıblar.

“Report”un xəbərinə görə, hadisə 2019-cu il dekabrın 19-da paytaxtın Qaradağ rayon ərazilərində qeydə alınıb.

Belə ki, R.Əsədova məxsus qarajdan və R.Muradovun evindən qiymətli əşyalar, pul vəsaitləri oğurlanıb.

Daha sonra hər iki şəxs hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Qaradağ Rayon Polis İdarəsi (RPİ) Cinayət Axtarış Şöbəsi və 38-ci Polis Bölməsi (PB) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1994-cü il təvəllüdlü Daşqın İbayev, 1972-ci il təvəllüdlü Xəqani Hüseynov, 1982-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Bəhruz Cabbarov, 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Tahir Həbiyev müəyyən edilərək tutulublar.

Hər iki faktla bağlı araşdırmalar aparılır.