Azərbaycan ötən il 2 milyard dollarlıq qeyri-neft məhsulu ixrac edib


İqtisadiyyat 16 Yan 2020 11:48:53 86 0

Azərbaycan ötən il 2 milyard dollarlıq qeyri-neft məhsulu ixrac edib

​Azərbaycan ötən il 2 milyard dollarlıq qeyri-neft məhsulu ixrac edib

© Report / Firi Salim

“2019-cu il Azərbaycan iqtisadiyyatında yeni islahatlar dalğasının başlanması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, əhalinin rifah səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi istqamətində genişmiqyaslı tədbirlərin görülməsi ilə müşayiət olunub”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov keçirdiyi mətbuat konfransında deyib.

“Ötən il ölkə Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, qeyri-neft özəl sektorun təşviqi və qeyri-neft ixracının artırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində çoxşaxəli islahatların həyata keçirilməsi davam etdirilib.

Bu şəraitdə, ilkin qiymətləndirməyə görə, 2019-cu ildə ÜDM-in real artımı 2,2%, qeyri-neft sektorunda isə 3,5% təşkil edib. Qeyri-neft sektorunda sənaye istehsalı 13,9% artıb, qeyri-neft ixracının həcmi 1,9 milyard ABŞ dollarını ötüb. Ötən il qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların real artım tempi 3,5% təşkil edib. Qeyri-neft sektoruna investisiyaların cəmi investisiyalarda xüsusi çəkisi 2018-ci ildəki 65%-dən 2019-cu ildə 69,7%-ə yüksəlib”, - deyə o, qeyd edib.