Bakıda avtoyuma məntəqəsinin işçisi maşın qaçırdaraq qəza törədib


Sosial 16 Yan 2020 11:51:34 121 0

Bakıda avtoyuma məntəqəsinin işçisi maşın qaçırdaraq qəza törədib

Bakıda avtoyuma məntəqəsindən maşın qaçırdan şəxs qəza törədib.

Bakıda avtoyuma məntəqəsinin işçisi maşın qaçırdaraq qəza törədib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki,DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini H.Məmmədov yanvarın 15-də saat 1 radələrində Binəqədi rayonunun Mircəlal küçəsindəki avtomobillərin yuyulması məntəqəsindən “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.

Müraciətlə əlaqədar dərhal Binəqədi Rayon Polis İdarəsinin7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin həmin məntəqədə işləyən Ağcəbədi rayon sakini B.Cavadov tərəfindən qaçırılması və həmin gün saat 4 radələrində Sumqayıt şəhəri ərazisində idarə edərkən maneəyə vurması müəyyən edilib.

B.Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.