“Könüllülər ili” biznes sektoru üçün də çox yaxşı çağırışdır” - RƏY


Sosial 16 Yan 2020 12:18:02 42 0

“Könüllülər ili” biznes sektoru üçün də çox yaxşı çağırışdır” - RƏY

Azərbaycanda son illər könüllük hərəkatı geniş vüsət alıb. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Məhz buna görə də Prezident İlham Əliyev “Azərbaycan

Azərbaycanda son illər könüllülük hərəkatı geniş vüsət alıb. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Məhz buna görə də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” sərəncam imzalayıb. Belə ki, sərəncama əsasən, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib.

İndiyədək könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkənin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətin bütün təbəqələrini əhatə edib, ölkə gənclərinin həyat tərzinə çevrilib. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb.

"Könüllülük: uğur formulu" və "Könüllünün öz/əl kitabı" kitablarının müəllifi, biznes-mentor Nadir Adilov "Report"a açıqlamasında deyib ki,Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2020-ci ilin “Könüllülər ili” elan edilməsi həm könüllülərə, həm də könüllülərlə işləyən subyektlər üçün yeni imkanlar və fürsətlər açır:

“Bu, həm də biznes sektoru üçün də çox yaxşı çağırışdır”.

Nadir Adilov:

"İşə götürülmə mərhələsində könüllü olmuş şəxslərə önəm verilsə, biz onları vaxtını boşuna keçirən şəxslərlə fərqləndirmiş olarıq".

Onun sözlərinə görə, qanunvericilik biznes sektorunda şəxslərə könüllülük fəaliyyətlə məşğul olmağı qadağan edir:

“Amma hesab edirəm ki, biznes sektoru çağırışlara biganə qalmamalıdır. Məsələn, əvvəllər könüllü olmuştələbələri, gəncləri yarı iş günü olmaq və əməkhaqqı ödənilməkşərtiləişə götürə bilərlər. Bu, həm məşğulluğa böyük töhfə olar, həm də gənclərin könüllü olduqdan sonrakı fəaliyyətlərinin motivasiya elementinə çevrilər”.

N.Adilov qeyd edib ki, bu gün Azərbaycanda çox potensiallı gənclər var:

“Könüllü olmaq istəyən gənclər özündə o iradəni və gücü tapır ki, könüllü olur və müəyyən bacarıqlar əldə edir. Məsələn, ölkəmizdəki könüllülük hərəkatını götürək. Orada iştirak edən gənclərimiz vaxtın idarə edilməsini, kollektivdə iş və digər inzibati işləri öyrəniblər. Bunlar işəgötürənlər üçün çox vacib məqamdır. İşə götürülmə mərhələsində könüllü olmuş şəxslərə önəm verilsə, biz onları vaxtını boşuna keçirən şəxslərlə fərqləndirmiş olarıq. Yəqin ki, bu ilin sonunda bütün qurumlar “Könüllülər ili”ndə gördükləri işlərlə bağlı hesabatlar verəcəklər. Hesab edirəm ki, hər bir kəs bu prosesə öz töhfəsini verməlidir. Hesab edirəm ki, tək könüllülər və könüllü olmaq istəyən şəxslər yox, digər subyektlər də hərə özünə uyğun nəticəyönümlü işlər seçməlidir”.

Azərbaycanda dövlət zəmanəti və subdisiya verilmiş kreditlərin məbləği 3 dəfə artıb like
  • 16 Yan 12:16  
İqtisadiyyat Azərbaycanda dövlət zəmanəti və subdisiya verilmiş kreditlərin məbləği 3 dəfə artıb

​Azərbaycanda dövlət zəmanəti və subdisiya verilmiş kreditlərin məbl

arrow Ətraflı
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib like
  • 16 Yan 12:16  
Siyasət Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib

Gəncə Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

arrow Ətraflı
Gömrükdə ölkəyə dərman preparatlarının qeyri-qanuni  keçirilməsinin qarşısı alınıb like
  • 16 Yan 12:13  
Sosial Gömrükdə ölkəyə dərman preparatlarının qeyri-qanuni keçirilməsinin qarşısı alınıb

Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan

arrow Ətraflı
Sahil Babayev: “Azərbaycanda ciddi kadr potensialı yaradılıb” like
  • 16 Yan 12:11  
Sosial Sahil Babayev: “Azərbaycanda ciddi kadr potensialı yaradılıb”

"BMT yeni texnologiyalar və Azərbaycan həqiqətlərinə uyğunlaşa biləcəy

arrow Ətraflı
Mərakeş Azərbaycanın kənd təsərrüfatına maraq göstərir like
  • 16 Yan 12:09  
İqtisadiyyat Mərakeş Azərbaycanın kənd təsərrüfatına maraq göstərir

Mərakeş Krallığının Azərbaycandakı səfirliyi “Aqrar Tədarük və Tə

arrow Ətraflı
Ötən il TANAP-la 2,8 mlrd. kubmetr qaz nəql edilib like
  • 16 Yan 12:05  
İqtisadiyyat Ötən il TANAP-la 2,8 mlrd. kubmetr qaz nəql edilib

​Ötən il TANAP-la 2,8 mlrd. kubmetr qaz nəql edilib

arrow Ətraflı
Nazir: “Bu il DSMF-nin gəlirlərində büdcədən transfertin payı 30%-ə enəcək” like
  • 16 Yan 11:58  
İqtisadiyyat Nazir: “Bu il DSMF-nin gəlirlərində büdcədən transfertin payı 30%-ə enəcək”

​Nazir: “Bu il DSMF-nin gəlirlərində büdcədən transfertin payı 30%-ə

arrow Ətraflı
Azərbaycanda qaz istehlakı 8,7% artıb like
  • 16 Yan 11:57  
İqtisadiyyat Azərbaycanda qaz istehlakı 8,7% artıb

​Azərbaycanda qaz istehlakı 8,7% artıb

arrow Ətraflı
BNA: “Dayanma və durmanın qadağan olunmadığı ərazilərdə parklanma ödənişsizdir” like
  • 16 Yan 11:55  
İqtisadiyyat BNA: “Dayanma və durmanın qadağan olunmadığı ərazilərdə parklanma ödənişsizdir”

Bakı Nəqliyyat Agentliyi vətəndaşlardan daxil olan çoxsaylı müraciətlə

arrow Ətraflı
Mikayıl Cabbarov: “Ötən il vergi daxilolamaları tarixi maksimuma çatıb” like
  • 16 Yan 11:55  
İqtisadiyyat Mikayıl Cabbarov: “Ötən il vergi daxilolamaları tarixi maksimuma çatıb”

​Mikayıl Cabbarov: “Ötən il vergi daxilolamaları tarixi maksimuma çatı

arrow Ətraflı
Ötən gün yol qəzalarında  2 nəfər ölüb like
  • 16 Yan 11:54  
Sosial Ötən gün yol qəzalarında 2 nəfər ölüb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və h

arrow Ətraflı
Bakıda avtoyuma məntəqəsinin işçisi maşın qaçırdaraq qəza törədib like
  • 16 Yan 11:51  
Sosial Bakıda avtoyuma məntəqəsinin işçisi maşın qaçırdaraq qəza törədib

Bakıda avtoyuma məntəqəsindən maşın qaçırdan şəxs qəza törədib.

arrow Ətraflı
SOCAR 2019-cu ildə 7,7 mln. ton neft hasil edib like
  • 16 Yan 11:51  
İqtisadiyyat SOCAR 2019-cu ildə 7,7 mln. ton neft hasil edib

​SOCAR 2019-cu ildə 7,7 mln. ton neft hasil edib

arrow Ətraflı