Deputatlığa namizədlər üçün yaddaş kitabçası hazırlanıb

Siyasət 16 Yan 2020 12:22:32 132 0

Deputatlığa namizədlər üçün yaddaş kitabçası hazırlanıb

Mərkəzi Seçki Komissiyası (MSK) 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Deputatlığa namizədlər üçün yaddaş kitabçası” hazırlayıb.

“Report” xəbər verir ki, yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

Nəşrdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı atılası addımlar, qeydə alınmış deputatlığa namizədlərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib.

“Deputatlığa namizədlər üçün yaddaş kitabçası”nı aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.