25 yaşlı qadın avtomobili ilə məhlədə oynayan uşaqların qəsdən üstündən keçdi


Dünya 16 Yan 2020 16:54:00 128 0

25 yaşlı qadın avtomobili ilə məhlədə oynayan uşaqların qəsdən üstündən keçdi

Avtomobilini qəsdən məhlədə oynayan uşaqların üstünə sürən qadın sərbəst buraxılıb.

Son.az Dailymail-ə istinadla xəbər verir ki, İngiltərənin Çeşir qraflığında yaşayan 25 yaşlı Nicole Lyons adlı qadın qəsdən "BMW" ilə məhlədə oyun oynayan uşaqların üstündən keçib.

Hadisə nəticəsində 3 uşaq xəsarət alıb, birinin ayağı qırılıb. Nikol saxlanılıb. Lakin o, məhkəmədə bunun qəza olduğunu iddia edərək, həbsdən yayınıb.

Qadının sərbəst buraxılması qonşular arasında narazılığa səbəb olub. Belə ki, Nikol hadisədən dərhal sonra şəxsi Facebook hesabında "İndi başa düşdünüz ki, mənim qapımın qabağında oynamaq olmaz.  Bir daha mənim evimə yaxın gəlməyin" sözlərini yazıb.