Yunis Səfərovun məhkəməsi davam etdirilib


Sosial 16 Yan 2020 12:26:15 60 0

Yunis Səfərovun məhkəməsi davam etdirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərovun məhkəməsi

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov də daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report" xəbər verir ki, cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya baxır.

Prosesdə vəkil Bəxtiyar Hacıyevintəqsirləndirilən Yunis Səfərovun müdafiəsinə qoşulduğu elan edilib.

Təqsirləndirilən şəxslər və vəkillər prosesin auido və video çəkilişlə aparılması ilə bağlı vəsatət veriblər, lakin vəsatəttəmin edilməyib.

Y.Səfərov buna etiraz edib və hakim yerindən danışdığı üçün ona xəbardarlıq edib.

Yunis Səfərova dövlət hesabına təyin edilən vəkili Elman Ağayev özü-özünə etiraz verib. Vəkil deyib ki,müdafiə etdiyi şəxs ona etimad göstərmir. Hakim vəkilin etirazı qəbul etməyib və bildirib ki, müdafiəçi etirazı yazılı şəkildə təqdim etməlidir.

Daha sonra vəkillər hakimlərə etiraz ediblər. Bildiriblər ki, hakimlər onların prosesual hüquqlarını pozur və vəsatətləri təmin etmir. Onlar məhkəməyə etiraz bağlı vəsatət vermək üçün məhkəmədən vaxt istəyiblər.

Yunis Səfərovun yeni vəkili Bəxtiyar Hacıyev işlə tanış olmadığını və ona vaxt verilməsini istəyib.

Proses fevralın 17-də davam etdiriləcək.

Qeyd edək ki, cinayət işi üzrə Elmar Vəliyev və daha 5 nəfər zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki,2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı aparılıb.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılmaqla Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 2019-cu il dekabrın 5-də baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət təqibi orqanından qaçıb ölkə hüdudlarından kənarda gizlənən 11 nəfər barəsində isə beynəlxalq axtarış elan olunmaqla barələrində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

“Your English Voice” müsabiqəsinə qeydiyyat müddəti uzadılıb like
  • 16 Yan 12:24  
Sosial “Your English Voice” müsabiqəsinə qeydiyyat müddəti uzadılıb

“Your English Voice” ingilis dilli müsabiqəsinə qeydiyyat müddəti uzad

arrow Ətraflı
Deputatlığa namizədlər üçün yaddaş kitabçası hazırlanıb like
  • 16 Yan 12:22  
Siyasət Deputatlığa namizədlər üçün yaddaş kitabçası hazırlanıb

Mərkəzi Seçki Komissiyası (MSK) 2020-ci il fevralın 9-na təyin edilmiş Mi

arrow Ətraflı
SOCAR neft emalı və neft-kimya məhsullarının ixracını 22% artırıb like
  • 16 Yan 12:20  
İqtisadiyyat SOCAR neft emalı və neft-kimya məhsullarının ixracını 22% artırıb

​SOCAR neft emalı və neft-kimya məhsullarının ixracını 22% artırıb

arrow Ətraflı
“Könüllülər ili” biznes sektoru üçün də çox yaxşı çağırışdır” - RƏY like
  • 16 Yan 12:18  
Sosial “Könüllülər ili” biznes sektoru üçün də çox yaxşı çağırışdır” - RƏY

Azərbaycanda son illər könüllük hərəkatı geniş vüsət alıb. Könüll

arrow Ətraflı
Azərbaycanda dövlət zəmanəti və subdisiya verilmiş kreditlərin məbləği 3 dəfə artıb like
  • 16 Yan 12:16  
İqtisadiyyat Azərbaycanda dövlət zəmanəti və subdisiya verilmiş kreditlərin məbləği 3 dəfə artıb

​Azərbaycanda dövlət zəmanəti və subdisiya verilmiş kreditlərin məbl

arrow Ətraflı
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib like
  • 16 Yan 12:16  
Siyasət Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib

Gəncə Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

arrow Ətraflı
Gömrükdə ölkəyə dərman preparatlarının qeyri-qanuni  keçirilməsinin qarşısı alınıb like
  • 16 Yan 12:13  
Sosial Gömrükdə ölkəyə dərman preparatlarının qeyri-qanuni keçirilməsinin qarşısı alınıb

Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan

arrow Ətraflı
Sahil Babayev: “Azərbaycanda ciddi kadr potensialı yaradılıb” like
  • 16 Yan 12:11  
Sosial Sahil Babayev: “Azərbaycanda ciddi kadr potensialı yaradılıb”

"BMT yeni texnologiyalar və Azərbaycan həqiqətlərinə uyğunlaşa biləcəy

arrow Ətraflı
Mərakeş Azərbaycanın kənd təsərrüfatına maraq göstərir like
  • 16 Yan 12:09  
İqtisadiyyat Mərakeş Azərbaycanın kənd təsərrüfatına maraq göstərir

Mərakeş Krallığının Azərbaycandakı səfirliyi “Aqrar Tədarük və Tə

arrow Ətraflı
Ötən il TANAP-la 2,8 mlrd. kubmetr qaz nəql edilib like
  • 16 Yan 12:05  
İqtisadiyyat Ötən il TANAP-la 2,8 mlrd. kubmetr qaz nəql edilib

​Ötən il TANAP-la 2,8 mlrd. kubmetr qaz nəql edilib

arrow Ətraflı
QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb like
  • 16 Yan 12:02  
Digərləri QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 Yanvar faciəsinin 30-cu ildönümü

arrow Ətraflı
Nazir: “Bu il DSMF-nin gəlirlərində büdcədən transfertin payı 30%-ə enəcək” like
  • 16 Yan 11:58  
İqtisadiyyat Nazir: “Bu il DSMF-nin gəlirlərində büdcədən transfertin payı 30%-ə enəcək”

​Nazir: “Bu il DSMF-nin gəlirlərində büdcədən transfertin payı 30%-ə

arrow Ətraflı
Azərbaycanda qaz istehlakı 8,7% artıb like
  • 16 Yan 11:57  
İqtisadiyyat Azərbaycanda qaz istehlakı 8,7% artıb

​Azərbaycanda qaz istehlakı 8,7% artıb

arrow Ətraflı