DİN rəsmisi: "Dilqəm Əsgərovun silahı girovluqdan azad olunduqdan sonra özünə qaytarıla bilər"


Sosial 16 Yan 2020 13:13:55 105 0

DİN rəsmisi: "Dilqəm Əsgərovun silahı girovluqdan azad olunduqdan sonra özünə qaytarıla bilər"

"Dilqəm Əsgərovun silahı girovluqdan&azad olunduqdan sonra özünə qaytarıla bilər".

"Dilqəm Əsgərovun silahı girovluqdanazad olunduqdan sonra özünə qaytarıla bilər".

Bunu "Report"un Qərb MərkəzinəDaxili İşlər Nazirliyinin (DİN) Mətbuat XidmətininGəncə regionalqrupunun baş inspektoru, polis başleytenantı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə,Şəmkir rayonunun Çinarlı qəsəbə sakini Kürdoğlu Əsgərov sosial şəbəkələrdə və xəbər saytlarında atası Dilqəm Əsgərova məxsus silahın Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müsadirə olunduğunu bildirib: "Məsələ ilə bağlı qeyd etmək lazımdır ki, 2018-ci il dekabrın 12-də Kürdoğlu Əsgərov Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək atasına məxsus “Churchil” markalı ov silahının öz adına keçirilməsini xahiş edib. Müraciətlə bağlı vətəndaşa müvafiq etibarnamə olmadığı üçün silahın onun adına keçirilə bilməyəcəyi izaha olunduqdan sonra silah müvafiq qanunun tələblərinə uyğun olaraq Kürdoğlu Əsgərovdan alınaraq Şəmkir Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılır. Silah yalnız sahibi Dilqəm Əsəgərov erməni girovluğundan azad olunduqdan sonra özünə qaytarıla bilər".

"Onunhəmin silahla bağlı atasının anasına etibarnamə verməsi iddiasına gəldikdə isə qeyd etmək lazımdır ki, müraciət zamanı nə Kürdoğlu Əsgərov, nə də anası Şəmkir Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilən zaman hər hansı bir etibarnamə təqdim etməyib", - E.Qasımov vurğulayıb.