Nazir: "Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi üçün xüsusi tədbirlər görüləcək"


İqtisadiyyat 16 Yan 2020 13:14:17 95 0

Nazir: "Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi üçün xüsusi tədbirlər görüləcək"

Nazir: "Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi üçün xüsusi tədbirlər görüləcək"

© Report / Firi Salim

“2020-ci ildə Ələt limanınınyaxınlığında yerləşən xüsusi iqtisadi zonanın fəaliyyətinin təmin edilməsi üçün xüsusi tədbirlər görüləcək.”

“Report” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2020-ci ilin dövlət investisiya proqramında bu məqsədlə infrastrukturun yaradılması, zəruri işlərin həyata keçirilməsi üçün vəsait nəzərdə tutulub.

"Zonanın idarəedicisi təyin edilib və hazırda ordadır. Ümumilikdə, bu il sənaye zonalarında olan bir sıra layihələrin başa çatdırılması nəzərdə tutulur. Bəzi layihələr fevral ayında yekunlaşacaq " – o bildirib.