Aprelin 1-dən xəstəxanalardakı xidmətlərə görə əlavə pul ödəyəcəyik? - RƏSMİ CAVAB


Digərləri 16 Yan 2020 18:07:00 66 0

Aprelin 1-dən xəstəxanalardakı xidmətlərə görə əlavə pul ödəyəcəyik? - RƏSMİ CAVAB

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycanda müştərək maliyyələşmə məbləğinin tətbiqinə hansı ərazilərdən və hansı formada başlayacağını açıqlayıb.

Bakı. İlhamə İsabalayeva - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycanda müştərək maliyyələşmə məbləğinin tətbiqinə hansı ərazilərdən və hansı formada başlayacağını açıqlayıb. Agentlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, müştərək maliyyələşmə məbləğinin tətbiqinə 1 aprel 2020-ci ildən başlanılacaq. Lakin bu mexanizm həmin tarixdən bütün ölkə üzrə tətbiq edilməyəcək. Yeni mexanizm yalnız icbari tibbi sığorta sisteminin tətbiq olunacağı əraziləri əhatə edəcək. Başqa sözlə, icbari tibbi sığorta sisteminin tətbiq olunacağı ərazilərin əhatə dairəsi genişləndikcə, paralel olaraq, müştərək maliyyələşmə mexanizminin tətbiq ediləcəyi rayon və şəhərlərin də sayı artacaq. İcbari tibbi sığorta sistemi tətbiq edilməyən ərazidə yaşayanlar isə bu sistem həmin ərazidə tətbiq edilənə qədər ətraf rayon və şəhərlərin tibb müəssisələrindəki xidmətlərdən müştərək maliyyə məbləği ödəmədən istifadə edə biləcəklər. Agentlikdən qeyd edilib ki, birinci mərhələ üzrə artıq 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta 23 regionda tətbiq olunur. Qeyd olunan regionlara Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş və Yevlax daxildir. Eyni zamanda 1 yanvar tarixindən Naxçıvan Muxtar Respublikasının ərazisində icbari tibbi sığorta tətbiq edilir. Muxtar Respublikada icbari tibbi sığortanın tətbiqini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir. İkinci mərhələdə 1 aprel tarixindən 21 region – Gəncə, Göygöl, Goranboy, Daşkəsən, Samux, Naftalan, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, Xocavənd, Xocalı, Laçın, Kəlbəcər sözügedən sistemə qoşulacaq. 1 aprel tarixindən müştərək maliyyələşmə məbləğinin tətbiqinə başlanıldığı üçün artıq həm birinci, həm də ikinci mərhələdə icbari tibbi sığorta sisteminə qoşulan regionlarda müştərək maliyyələşmə məbləğinin tətbiqinə başlanılacaq. Üçüncü mərhələdə bu mexanizm 1 iyul tarixindən icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılan 15 regionda - Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul, Şirvan, Sabirabad, Cəbrayılda həyata keçiriləcək. Dördüncü mərhələdə - 1 oktyabr tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortadan istifadə edəcək.
Deputatlığa namizədlər üçün kitabça hazırlanıb like
  • 16 Yan 18:04  
Digərləri Deputatlığa namizədlər üçün kitabça hazırlanıb

Mərkəzi Seçki Komissiyası 2020-ci il fevralın 9-na təyin edilmiş Milli M

arrow Ətraflı
DSK-larda deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatıb - YENİLƏNİB like
  • 16 Yan 18:00  
Siyasət DSK-larda deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatıb - YENİLƏNİB

Bu gün Azərbaycanda fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərl

arrow Ətraflı
Deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatdı like
  • 16 Yan 18:00  
Digərləri Deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatdı

Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları (DSK) tər

arrow Ətraflı
Soyunub striptiz oynamağa başlayan gənc qadın hava limanını birbirinə qatdı like
  • 16 Yan 17:58  
Dünya Soyunub striptiz oynamağa başlayan gənc qadın hava limanını birbirinə qatdı

Yanvarın 13-ü gecə yarısı ABŞ-ın Florida ştatında yerləşən Mayami Be

arrow Ətraflı
20 Yanvarda şəhid olan Gürcüstan azərbaycanlılarının xatirəsi yad edilib like
  • 16 Yan 17:56  
Siyasət 20 Yanvarda şəhid olan Gürcüstan azərbaycanlılarının xatirəsi yad edilib

Gürcüstanda 20 Yanvar faciəsində şəhid olan İlqar Əhmədov və Tengiz Tu

arrow Ətraflı
Bu da “Cumali”nin sevgilisi like
  • 16 Yan 17:55  
Digərləri Bu da “Cumali”nin sevgilisi

"Çukur" serialında Cumali obrazı ilə daha da populyarlaşan aktyor

arrow Ətraflı
Naqif Həmzəyev: Prezident İlham Əliyevin ali məqsədi ölkədə sabitliyin davamlı olmasıdır like
  • 16 Yan 17:50  
Digərləri Naqif Həmzəyev: Prezident İlham Əliyevin ali məqsədi ölkədə sabitliyin davamlı olmasıdır

İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra ed

arrow Ətraflı
Sabiq deputat Hüseyn Abdullayevin anası özünə və oğluna bəraət istədi like
  • 16 Yan 17:50  
Digərləri Sabiq deputat Hüseyn Abdullayevin anası özünə və oğluna bəraət istədi

Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, anas

arrow Ətraflı
Vilayət Eyvazov Daxili Qoşunların əməliyyat müşavirəsində tapşırıqlar verib like
  • 16 Yan 17:49  
Sosial Vilayət Eyvazov Daxili Qoşunların əməliyyat müşavirəsində tapşırıqlar verib

Yanvarın 16-da Daxili İşlər Nazirliyində (DİN) Daxili Qoşunların 2019-cu

arrow Ətraflı
Meyxanaçıların maraqlı rəsmləri like
  • 16 Yan 17:45  
Şou-biznes Meyxanaçıların maraqlı rəsmləri

Qrafik-dizayner Tamilla Məmmədova məşhur meyxanaçıların maraqlı rəsmlə

arrow Ətraflı
Dəhşətli qəza: ön şüşədən çıxaraq 10 metr kənara düşdü like
  • 16 Yan 17:41  
Digərləri Dəhşətli qəza: ön şüşədən çıxaraq 10 metr kənara düşdü

Sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etməyin vacibliyi ba

arrow Ətraflı
Məktəblərin qış tətilinin vaxtı açıqlanıb like
  • 16 Yan 17:36  
Sosial Məktəblərin qış tətilinin vaxtı açıqlanıb

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır.&

arrow Ətraflı