Nazir Daxili Qoşunlarla bağlı müşavirə keçirdi


Digərləri 16 Yan 2020 18:07:36 183 0

Nazir Daxili Qoşunlarla bağlı müşavirə keçirdi

Yanvarın 16-da Daxili İşlər Nazirliyində Daxili Qoşunların 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş naziryanı əməliyyat müşavirəsi keçirilib.

Bakı. Samir Əli - Daxili İşlər Nazirliyində Daxili Qoşunların 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş naziryanı əməliyyat müşavirəsi keçirilib. Trend-in məlumatına görə, müşavirəni giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov dövlət başçımızın ümumən daxili işlər orqanlarına, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatının, kazarma-məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb. Nazir Qoşunların daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olduğunu diqqətə çatdıraraq şəxsi heyətin ictimai asayişin və təhlükəsizliyin təminində, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakını, yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik bir quruma çevrildiyini məmnunluqla bildirib. Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov xidməti-döyüş fəaliyyətinin yekunları barədə geniş məruzə ilə çıxış edib. Komandan ötən il normativ-hüquqi bazanın təkmilləşdirilməsinin, təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılmasının, şəxsi heyətin nəzəri biliklərinin artırılmasının, onlara peşəkar praktiki vərdişlərin aşılanmasının, mənəvi-psixoloji və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinin döyüş təliminin əsas vəzifələri olaraq həyata keçirildiyini diqqətə çatdırıb.