Bakıda saxta spirtli içkilər hazırlayaraq şərab evlərində satan dəstə üzvləri saxlanılıblar


Sosial 16 Yan 2020 13:27:57 55 0

Bakıda saxta spirtli içkilər hazırlayaraq şərab evlərində satan dəstə üzvləri saxlanılıblar

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxta spirtli içkilər hazırlayaraq şərab evlərində satan mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxta spirtli içkilər hazırlayaraq şərab evlərində satan mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib.

Belə ki, DİN-inBaş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil cinayətkar dəstəyə qarşı xüsusi kompleks əməliyyat tədbiri həyata keçirilib. Tədbir nəticəsində müəyyən olunub ki, Bakı şəhər sakini Duşdurov Nazim Elbrus oğlunun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə bir müddətdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən gizli sexlərdə şadlıq saraylarında və restoranlarda istifadə edilən xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş butulkalarını yenidən qablaşdıraraq müxtəlif iaşə obyektlərində və şərab evlərində satışını təşkil edir.

İstifadə olunmuş xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş butulkaları “şüşə sexləri” adı altında pərdələnərək fəaliyyət göstərən qəbul məntəqələrində toplanaraq təkrar qablaşdırılmaqla yenidən satışa çıxarılır.

Nazim Duşdurova məxsus Bakı şəhəri Nəsimi rayonunda yerləşən şərab evləri və anbarlarda, Xətai, Suraxanı və Binəqədi rayonlarında yerləşən sexlərdə müxtəlif xarici əmtəə nişanlarından istifadə edilməklə satış üçün hazırlanmış xeyli sayda saxta araq, brend viski adları olan “Jack Daniels”, “Chivas” butulkalarında qablaşdırılan saxta içkilər, tekila, saxta aksiz markalar, qablaşdırma üçün nəzərdə tutulmuş 60.000 ədəd müxtəlif əmtəə nişanlı butulkalar və sair köməkçi vəsaitlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Spirtli içkilərdən götürülmüş nümunələrin ekspertizası zamanı müəyyən edilmişdir ki, onlar istifadəyə tam yararsızdır. Həmin içkilərin tərkibində yüksək toksiki təsirə malik metil spirtinin miqdarı normadan dəfələrlə yuxarı olduğundan insan həyatı üçün təhlükəlidir.

Aşkar olunan faktla bağlı Baş İdardə mütəşəkkil dəstənin başçısı Nazim Duşdurov, eləcə də dəstənin digər üzvləri Gürcüstan Respublikasının vətəndaşı Ayaz Şərifov, Ağdam rayon sakini Elçin Mirzəyev, Salyan rayon sakini Mirsüleyman Ağayev, paytaxt sakinləri İsmayıl Talıblı və Aydın Azayev barəsində cinayət işi başlanılıb. Dəstə üzvünün hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunazidd halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
"Azərbaycan Dəmir Yolları"nda 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib like
  • 16 Yan 13:25  
İqtisadiyyat "Azərbaycan Dəmir Yolları"nda 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

"Azərbaycan Dəmir Yolları"nda 2019-cu ilin yekunlarına həsr olunmuş kolleg

arrow Ətraflı
Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi obyektlərə baxış keçirib like
  • 16 Yan 13:23  
Siyasət Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi obyektlərə baxış keçirib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand

arrow Ətraflı
Azərbaycan vətəndaşlarına ƏDV-nin bir hissəsinin qaytarılması üçün əsasnamə hazırlanır like
  • 16 Yan 13:17  
İqtisadiyyat Azərbaycan vətəndaşlarına ƏDV-nin bir hissəsinin qaytarılması üçün əsasnamə hazırlanır

​Azərbaycanda vətəndaşlara əlavə dəyər vergisinin (ƏDV) bir hissəsin

arrow Ətraflı
DİN rəsmisi: "Dilqəm Əsgərovun silahı girovluqdan azad olunduqdan sonra özünə qaytarıla bilər" like
  • 16 Yan 13:13  
Sosial DİN rəsmisi: "Dilqəm Əsgərovun silahı girovluqdan azad olunduqdan sonra özünə qaytarıla bilər"

"Dilqəm Əsgərovun silahı girovluqdan&azad olunduqdan sonra özünə qaytarı

arrow Ətraflı
Çində 5G rabitəsi üçün orbitə peyk buraxılıb like
  • 16 Yan 13:04  
İqtisadiyyat Çində 5G rabitəsi üçün orbitə peyk buraxılıb

Çində “Kuaizhou-1A” bərk yanacaqlı daşıyıcı raketi vasitəsilə rabi

arrow Ətraflı
İpoteka və Kredit Zəmanət Fondunun ötən ilki mənfəəti 18,6 mln manata çatıb like
  • 16 Yan 13:03  
İqtisadiyyat İpoteka və Kredit Zəmanət Fondunun ötən ilki mənfəəti 18,6 mln manata çatıb

2019-cu ildə İpoteka və Kredit Zəmanət Fondunun aktivləri 2018-ci illə m

arrow Ətraflı
Sabah hava yağmursuz olacaq like
  • 16 Yan 13:01  
Sosial Sabah hava yağmursuz olacaq

Sabahın hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Ermənistanda yeni Konstitusiyanın hazırlanması üzrə komissiya yaradılacaq like
  • 16 Yan 12:47  
Dünya Ermənistanda yeni Konstitusiyanın hazırlanması üzrə komissiya yaradılacaq

KİV: Yeni Konstitusiyaya görə, Ermənistan prezident idarəetmə sisteminə q

arrow Ətraflı
Gömrükdə islahatlar və büdcə proqnozlarının icrası - TƏHLİL like
  • 16 Yan 12:45  
İqtisadiyyat Gömrükdə islahatlar və büdcə proqnozlarının icrası - TƏHLİL

​Gömrükdə islahatlar və büdcə proqnozlarının icrası - TƏHLİL

arrow Ətraflı
2019-cu ildə SOCAR 151min metrə yaxın qazma işləri həyata keçirib like
  • 16 Yan 12:40  
İqtisadiyyat 2019-cu ildə SOCAR 151min metrə yaxın qazma işləri həyata keçirib

​2019-cu ildə SOCAR 151min metrə yaxın qazma işləri həyata keçirib

arrow Ətraflı