Azərbaycanın 2019-cu ildə əldə etdiyi uğurlar 2020-ci ildə daha güclü inkişaf üçün etibarlı təməl yaradıb - Politoloq


Digərləri 16 Yan 2020 17:55:00 78 0

Azərbaycanın 2019-cu ildə əldə etdiyi uğurlar 2020-ci ildə daha güclü inkişaf üçün etibarlı təməl yaradıb - Politoloq

2019-cu ildə Azərbaycan xarici siyasi, iqtisadi və humanitar əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirib

Bakı. İlhamə İsabalayeva - 2019-cu ildə Azərbaycan xarici siyasi, iqtisadi və humanitar əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirməklə, əhali tərəfindən təqdir olunan uğurlu kompleks sosial-iqtisadi və kadr islahatlarını həyata keçirməklə yanaşı, hərbi potensialın daha da gücləndirilməsi istiqamətində ciddi addımlar atıb. Bunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədr müavini, siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşir oğlu deyib. Onun sözlərinə görə, bu gün dünyanın ən güclü 50 ordusundan biri məhz Azərbaycan Ordusudur. Azərbaycan dövləti hərbi-texniki sahədə beynəlxalq əməkdaşlığını gücləndirməklə bərabər, müvafiq istiqamətdə özünün istehsal imkanlarını da genişləndirib. Bütün bunlar da ölkəmizin və regionun təhlükəsizliyini təmin etmək imkanlarını artırmaqla yanaşı, ölkəmizə olan etimadı yüksəldir, diplomatiyamızın daha da keçərli olmasını təmin edir: Politoloq hesab edir ki, bütün bunları Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çox dəqiqliklə, arqumentləşdirilmiş və detallı şəkildə bir daha diqqətə çatdırdı. Hər ötən ilin Azərbaycan üçün daha da uğurlu olması qənaətində olan E.Mirbəşir oğlu bildirib ki, ölkə bütün istiqamətlərdə potensialını gücləndirməklə, qarşısına qoyduğu prioritetləri müvəffəqiyyətlə həyata keçirir və yeni strateji hədəfləri müəyyənləşdirməyə imkan verir: "Ölkə başçısı müxtəlif sahələrdə əldə edilən uğurları dəqiq arqumentlərlə əsaslandırdı. Həqiqətən də Azərbaycanın dayanıqlı inkişafının əsasını təşkil edən kompleks elementlərin təmin olunması həm böyük uğur, həm də kifayət qədər mürəkkəb məsələ kimi qiymətləndirilməlidir. Qlobal müstəvidə çox məhdud resurs sayılan təhlükəsizlik mühiti Azərbaycan dövlətini səciyyələndirən əsas amillərdən biridir. Hazırda dünyanın əksər regionlarında, həmçinin, bizə yaxın coğrafiyada həll perspektivləri hələ görünməyən çoxsaylı münaqişələr mövcuddur. Bu reallıq fonunda ölkəmizdə təmin olunmuş yüksək təhlükəsizlik mühiti ən müxtəlif sahələrdə inkişafımızın əsas hərəkətverici elementi rolunda çıxış edir". E.Mirbəşir oğlu hesab edir ki, Azərbaycanda mövcud olan yüksək təhlükəsizlik mühiti ölkəmizə beynəlxalq etimadı əhəmiyyətli dərəcədə artırmaqdadır. Bu, özünü müxtəlif istiqamətlərdə büruzə verməkdədir. Belə ki, dünyanın ciddi əhəmiyyət daşıyan məsələlərinin Bakıda müzakirə olunması artıq ənənə halını alıb. STM-in İdarə Heyətinin sədr müavininin sözlərinə görə, ölkəmizlə iqtisadi əlaqələrini gücləndirmək istəyən tərəfdaşlarımızın sırası durmadan genişlənməkdədir. Hər ötən ildə dünyanın ayrı-ayrı nöqtələrindən daha çox sayda turist istirahət üçün Azərbaycanı seçir, qlobal məsələlərin müzakirəsi və həlli zamanı ölkəmizin mövqeyi nəzərə alınır və s. Bu baxımdan, hakimiyyət tərəfindən həyata keçirilən siyasət həm daxili, həm də beynəlxalq müstəvidə təqdir olunur: "Sosial Tədqiqatlar Mərkəzi tərəfindən həyata keçirilən rəy sorğuları da aydın göstərir ki, əhali ölkə Prezidentinin həm daxili, həm də xarici siyasətini yekdilliklə dəstəkləyir, həyata keçirilən islahatların davamlı olmasını arzulayır. 2019-cu il həm həyata keçirilmiş islahatlar, həm də beynəlxalq əlaqələrin miqyasının genişlənməsi baxımından əlamətdar olub. Belə ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının Zirvə Görüşlərinin, həmçinin, Dünya dini liderlərinin II Zirvə Görüşünün Azərbaycanda keçirilməsi bir daha ölkəmizə olan böyük etimaddan, yüksək beynəlxalq qiymətləndirmədən xəbər verir. Nəzərə almaq lazımdır ki, Qoşulmama Hərəkatı BMT BA-dan sonra ikinci ən böyük beynəlxalq platformadır. Belə təşkilat çərçivəsində Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi uğurların miqyası kifayət qədər böyükdür. Məhz bunun nəticəsidir ki, Azərbaycan təşkilata rəsmi üzv qəbul olunmasından cəmi səkkiz il sonra ona sədrlik etmək imkanını qazandı. Bakıda baş tutmuş Zirvə görüşünün nəticəsi olaraq qəbul edilmiş dörd qətnamənin üçündə ölkəmizin ərazi bütövlüyü dəstəklənib. Bununla yanaşı, Ermənistanın işğalçılıq siyasəti də sənədlərdə əksini tapmışdır. Bu da olduqca böyük diplomatik qələbə kimi qiymətləndirilməlidir". Politoloq əlavə edib ki, BMT-yə üvz olan dövlətlərin böyük əksəriyyəti Qoşulmama Hərakatında təmsil olunur. Deməli, Azərbaycan növbəti dəfə özünün haqlı mövqeyini beynəlxalq səviyyədə qəbul etdirə bilib. Münaqişə vəziyyəti ilə bağlı beynəlxalq obyektiv mövqenin tam formalaşması baxımından belə nailiyyətlərin əhəmiyyəti olduqca böyükdür. E.Mirbəşir oğlu bildirib ki, 2019-cu ildə Azərbaycan dövləti ali səviyyədə beynəlxalq təmaslarını daha da gücləndirib. Belə ki, ölkəmizə 40-dan artıq dövlət və hökumət başçısı səfər edib və Azərbaycan Prezidenti ilə görüşlər keçirib. Bundan başqa, ölkə Prezidentinin digər ölkələrdə çoxsaylı görüşləri olub ki, bu da milli maraqlarımızın etibarlı qorunması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi vəziyyəti ilə bağlı haqlı mövqelərimizin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından kifayət qədər əhəmiyyətli və məhsuldar olub. Politoloq qeyd edib ki, xüsusilə də region ölkələri ilə əməkdaşlıq sisteminin gücləndirilməsində Azərbaycan Prezidentinin rolunu vurğulamaq lazımdır. Məhz Azərbaycan Prezidentinin təşəbbüsləri və fəaliyyəti nəticəsində olduqca səmərəli, bütün tərəflərin qarşılıqlı maraqlarına cavab verən əməkdaşlıq sistemini formalaşdırmaq və inkişaf etdirmək mümkün olub. Ölkə başçısının diqqət yetirdiyi çoxsaylı məqamlar sırasında işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın “Ermənistanın Azərbaycanı bir çox parametrlər üzrə qabaqlaması” ilə bağlı sərsəm fikirlərinə də münasibəti tutarlı arqumentlərə söykənirdi: "Azərbaycan Prezidenti faktlara, beynəlxalq indeksli hesabatlara istinad edərək əsaslandırdı ki, heç bir sahə və ya parametr üzrə Azərbaycanla işğalçı Ermənistanı müqayisə etmək olmaz. Azərbaycan dövlətinin həm beynəlxalq müstəvidə əldə etdiyi uğurlar, həm də sosial, iqtisadi və hərbi sahələrdəki inkişaf göstəriciləri ilə Ermənistanın göstəriciləri arasında olduqca böyük fərq var. Belə ki, Ermənistan uzun illərdir cəhd göstərməsinə baxmayaraq, heç vaxt BMT TŞ-nin qeyri-daimi üzvü seçilə bilməyib. Azərbaycan 155 dövlətin dəstəyi ilə 2012-2013-cü illər üçün BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. Bu, ölkəmizə, Azərbaycan Prezidentinə olan böyük inam və etimadın bariz göstəricisi idi. Hərbi gücünə görə Ermənistan Azərbaycandan bir neçə dəfə geri qalır. Belə ki, Azərbaycan dünyanın ən güclü orduları reytində 52-ci yerdə qərar tutduğu halda işğalçı Ermənistan 96-cı yerdədir. Azərbaycanın və Ermənistanın hərbi gücləri arasındakı fərqi 2016-cı və 2018-ci illərdə keçirilmiş hərbi əməliyyatlar da sübut etdi. Bu əməliyyatlarda Azərbaycan Ordusu bir sıra strateji məntəqələri işğaldan azad etdi. Ümumiyyətlə, ölkə başçısı bütün sahələr üzrə obyektiv göstəricilərə istinad edərək əsaslandırdı ki, işğalçı Ermənistanın baş nazirinin səsləndirdiyi fikir sadəcə onun fərziyyəsidir. Ümumiyyətlə, sonda qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin 2019-cu ildə bütün sahələrdə əldə etdiyi uğurlar 2020-ci ildə daha güclü inkişaf üçün etibarlı təməl yaratmışdır". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Naqif Həmzəyev: Prezident İlham Əliyevin ali məqsədi ölkədə sabitliyin davamlı olmasıdır like
  • 16 Yan 17:50  
Digərləri Naqif Həmzəyev: Prezident İlham Əliyevin ali məqsədi ölkədə sabitliyin davamlı olmasıdır

İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra ed

arrow Ətraflı
Sabiq deputat Hüseyn Abdullayevin anası özünə və oğluna bəraət istədi like
  • 16 Yan 17:50  
Digərləri Sabiq deputat Hüseyn Abdullayevin anası özünə və oğluna bəraət istədi

Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, anas

arrow Ətraflı
Vilayət Eyvazov Daxili Qoşunların əməliyyat müşavirəsində tapşırıqlar verib like
  • 16 Yan 17:49  
Sosial Vilayət Eyvazov Daxili Qoşunların əməliyyat müşavirəsində tapşırıqlar verib

Yanvarın 16-da Daxili İşlər Nazirliyində (DİN) Daxili Qoşunların 2019-cu

arrow Ətraflı
Meyxanaçıların maraqlı rəsmləri like
  • 16 Yan 17:45  
Şou-biznes Meyxanaçıların maraqlı rəsmləri

Qrafik-dizayner Tamilla Məmmədova məşhur meyxanaçıların maraqlı rəsmlə

arrow Ətraflı
Dəhşətli qəza: ön şüşədən çıxaraq 10 metr kənara düşdü like
  • 16 Yan 17:41  
Digərləri Dəhşətli qəza: ön şüşədən çıxaraq 10 metr kənara düşdü

Sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etməyin vacibliyi ba

arrow Ətraflı
Məktəblərin qış tətilinin vaxtı açıqlanıb like
  • 16 Yan 17:36  
Sosial Məktəblərin qış tətilinin vaxtı açıqlanıb

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır.&

arrow Ətraflı
Təyyarəyə 200 diri əqrəb keçirmək istədi like
  • 16 Yan 17:36  
Dünya Təyyarəyə 200 diri əqrəb keçirmək istədi

Şri Lankada Bandaranaike hava limanının əməkdaşları çinli sərnişindən

arrow Ətraflı
Yasamal rayonunda elektrik enerjisinin təchizatı dayandırılacaq-SƏBƏB like
  • 16 Yan 17:35  
Digərləri Yasamal rayonunda elektrik enerjisinin təchizatı dayandırılacaq-SƏBƏB

Sabahdan Yasamal rayonu ərazisindəki A.Şaiq, L.olstoy, Ç.Mustafayev, M.Əliy

arrow Ətraflı
Bakının Yasamal rayonunda elektrik enerjisi təchizatı dayandırılacaq like
  • 16 Yan 17:32  
İqtisadiyyat Bakının Yasamal rayonunda elektrik enerjisi təchizatı dayandırılacaq

Bakının Yasamal rayonunda elektrik enerjisi təchizatı dayandırılacaq

arrow Ətraflı
Parlament seçkilərini izləmək üçün Rusiyadan böyük nümayəndə heyəti gələcək like
  • 16 Yan 17:32  
Digərləri Parlament seçkilərini izləmək üçün Rusiyadan böyük nümayəndə heyəti gələcək

Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə

arrow Ətraflı
Xaricdəki sahibləri radikal müxalifətə sədəqə ayırıblar  "Politşou" təqdim edir like
  • 16 Yan 17:28  
Siyasət Xaricdəki sahibləri radikal müxalifətə sədəqə ayırıblar "Politşou" təqdim edir

Son.az Trend İnformasiya Agentliyinə istinadən рolitoloq Elçin Alıoğlunun

arrow Ətraflı
Ərdoğan: "TANAP Türkiyəni enerji qovşağına çevirib" like
  • 16 Yan 17:27  
Dünya Ərdoğan: "TANAP Türkiyəni enerji qovşağına çevirib"

Türkiyə ilə Azərbaycanın əməkdaşlığının təcəssümü olan Trans-Ana

arrow Ətraflı
Sabiq deputat Hüseyn Abdullayevin anası özünə və oğluna bəraət istədi like
  • 16 Yan 17:26  
Digərləri Sabiq deputat Hüseyn Abdullayevin anası özünə və oğluna bəraət istədi

Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, anas

arrow Ətraflı