Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini bir qədər də azaldıb


İqtisadiyyat 16 Yan 2020 15:47:20 105 0

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini bir qədər də azaldıb

​Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

"Report" quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin 0,75 faiz bəndi azaldılaraq 12%-dən 11,25%-ə endirilməsinə qərar verilib.

Xatırladaq ki, TMB-nin ötən iliyulun 25-də keçirilmiş iclasında uçot dərəcəsi 4,25 faiz bəndi azaldılaraq 24%-dən 19,75%-ə, sentyabrın 12-də keçirilmiş iclasında 3,25 faiz bəndi azaldılaraq 19,75%-dən 16,5%-ə, oktyabrın 24-də keçirilmiş iclasında 2,5 faiz bəndi azaldılaraq 16,5%-dən 14%-ə, dekabrın 12-də keçirilmiş iclasında isə 2 faiz bəndi azaldılaraq 14%-dən 12%-əendirilmişdi.