Metyu Brayza: Parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək


Digərləri 16 Yan 2020 15:53:13 106 0

Metyu Brayza: Parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək

Əminəm ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək

Bakı. Əminəm ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək. Trend-in məlumatına görə, bu sözləri secki-2020.az saytına Atlantik Şuranın siyasi şərhçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. O bildirib ki, islahatlar prosesinə töhfə vermək, yeni ideyalar gətirmək məqsədilə parlamentin buraxılmasına dair qəbul edilən qərar təqdirə layiqdir: “Bu, çox stimulverici prosesdir və nümunəvi məqamdır. Beynəlxalq ictimaiyyətin də diqqəti Azərbaycandakı seçkilərə yönələcək. Düşünürəm ki, Azərbaycanda aparılan islahatlar ölkənin hərtərəfli inkişafına yeni təkan verəcək”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin