Biləsuvarda Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub - FOTO


Digərləri 16 Yan 2020 16:27:16 104 0

Biləsuvarda Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub - FOTO

Biləsuvar rayonunda Aprel şəhidlərinin xatirəsinə ucaldılmış "Zəfərə aparan yol" adlı abidə kompleksinin açılış mərasimi keçirilib.

Biləsuvar rayonunda Aprel şəhidlərinin xatirəsinə ucaldılmış "Zəfərə aparan yol" adlı abidə kompleksinin açılış mərasimi keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, əvvəlcə hərbi orkestrin iştirakı ilə hərbçilər və rayon gənclərinin şəhər mərkəzindən şəhidlər kompleksinə qədər olan 1 km-lik məsafəyə yürüş ediblər.

Açılış mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid valideynləri və rayon sakinləri iştirak ediblər.

Natiqlər Aprel döyüşlərində Azərbaycan Ordusunun qazandığı uğurlardan söz açıblar. Qeyd olunub ki, abidə kompleksi məhz həmin uğurları özündə ehtiva edir.

Daha sonra tədbir məktəblilərin hazırladığı şeir kompozisiyaları ilə davam edib.

Qeyd edək ki, abidə kompleksində Lələtəpə yüksəkliyi və Aprel döyüşlərində şəhid olmuş 5 biləsuvarlı igidin xatirəsi əbədiləşdirilib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək