Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun tərkibi təsdiq olunub


Siyasət 16 Yan 2020 17:02:29 112 0

Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun tərkibi təsdiq olunub

Ukrayna Ali Radasında (parlament) Azərbaycanla parlamentlərarası əlaqələrə dair deputat işçi qrupunun yeni heyəti müəyyənləşdirilib.

Ali Radada (parlament)Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun tərkibi təsdiqlənib.

“Report” xəbər verir ki, tərkibə 49 deputat daxildir. Qrupun həmsədrləri Valeri Koliux və Vladimir Kreidenko (hər ikisi Xalqın Xidmətçisi Partiyasından) olub.

İclasdaUkrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadovçıxış edərəkişçi qrupu üzvlərilə ölkənin azərbaycanlı diasporunun nümayəndələri arasında görüş keçirməyin vacibliyini vurğulayıb. Bu təkif iclas iştirakçıları tərəfindən rəğbətlə qarşılanaraq qəbul edilib.

Həmçinin qrupun daha səmərəli fəaliyyət göstərməsi üçün qrup katibinə namizəd irəli sürmək təklif edilib. H.Cavadov tərəfindən irəli sürülən İvan Slobodianikin namizədliyi də təsdiqlənib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək