Gənc Müəllimlər Assosiasiyasına üzv olmaq üçün 2644 nəfər müraciət edib


Sosial 16 Yan 2020 17:20:57 116 0

Gənc Müəllimlər Assosiasiyasına üzv olmaq üçün 2644 nəfər müraciət edib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına ( AGMA) üzv olmaq üçün ölkəmizin 67 bölgəsindən olan 2644 nəfər müraciət edib.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına ( AGMA) üzv olmaq üçün ölkəmizin 67 bölgəsindən olan 2644 nəfər müraciət edib.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, assosiasiyaya üzvlük üçün qeydiyyat prosesi davam edir.

Üzv olmaq istəyən müəllimlər http://qeydiyyat.agma.az linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Ötən il Şəkidə respublikanın 7 bölgəsini əhatə edən 30 gənc müəllimin iştirakı ilə “Azərbaycan Gənc Müəllimlərinin I Yay Məktəbi” təşkil edilib.

Qeyd edək ki, 28 noyabr 2018-ci il tarixində Azərbaycan Müəllimlərinin XV Qurultayında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının yaradılması haqqında ilkin təşəbbüs irəli sürülub.