Dövlət Komitəsi efirdə uşaq hüquqlarının pozulması ilə bağlı məlumat yayıb


Sosial 16 Yan 2020 17:25:45 46 0

Dövlət Komitəsi efirdə uşaq hüquqlarının pozulması ilə bağlı məlumat yayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi efirdə uşaq hüquqlarının pozulması ilə bağlı müraciət edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi efirdə uşaq hüquqlarının pozulması ilə bağlı müraciət edib.

"Report" xəbər verir ki, müraciətdə deyilir:

"Son illər ölkədə demokratik inkişafın tərkib hissəsi kimi söz və məlumat azadlığının tam təmin edilməsi sahəsində məqsədyönlü addımlar atılıb, institusional və qanunvericilik islahatları həyata keçirilib. Azərbaycan Respublikasının Konstitusiyası, “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya əldə etmək haqqında” və digər qanunlar KİV-lərin maneəsiz informasiya əldə etmək və yaymaq hüququna tam təminat verir. Qanuna görə, KİV-lərin və jurnalistlərin qanuni fəaliyyətinə hər hansı müdaxilə inzibati və cinayət məsuliyyəti doğuran hal hesab edilir.

Lakin yaradılmış şəraitdən sui-istifadə hallarına da yol verilir. Belə ki, qadın və uşaqlarla bağlı baş verən hadisələrdə araşdırması davam edən, əsassız məqamları qabardaraq Azərbaycan ictimaiyyətini çaşdırmaq, dövlətə və dövlətçiliyə qarşı əhali arasında aqressiv münasibət formalaşdırmaq, insanlardan öz məqsədləri üçün istifadə etmək, ictimai-siyasi vəziyyəti gərginləşdirmək, vətəndaşlarda dövlət orqanlarına qarşı inamsızlığın yaradılmasına xidmət edən proqramlar və verilişlər yayımlanır. 2019-cu il noyabr ayından 2020-ci ilin yanvar ayınadək Nərmin Quliyeva ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müxtəlif məlumatların yayılması buna misal ola bilər. Bu hadisə nəticəsində bir daha əmin olduq ki, lazımsız məlumatların efirdən səslənməsi xoşagəlməz halların baş verməsinə səbəb olur.

Eyni zamanda bəzi verilişlərdə milli qanunvericilik və Azərbaycan Respublikası qoşulduğu beynəlxalq konvensiyaların müddəaları pozulur (xüsusilə də BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası). Ailə, qadın və uşaq hüquqlarının müdafiəsini özünə əsas mövzu kimi seçən verlişlərdə aparıcılar psixoloq və ya sosial işçi kimi müraciət qaydasını, qaldırılan mövzuların vətəndaşa mənfi təsiri nəzərə alaraq məsələyə həssaslıqla yanaşmalıdı.

Çox təəssüf ki, praktikada verliş aparıcıları qaldırılan mövzuları düzgün açıqlamırlar, dəvət edilən vətəndaşların, xüsusilə də uşaqların maraqlarını və hüquqlarını pozurlar.

Bildiririk ki, “Uşaqların zərərli informasiyadan qorunması” haqqında Azərbaycan Respublikasının Qanunu 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minib. “Uşaqların zərərli informasiyadan qorunması” haqqında Azərbaycan Respublikasının Qanununda uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması, uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi, zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən, informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması prinsiplərini özündə ehtiva edir.

Digər bir önəmli məsələ isə sosial işdə etik davranış qaydalarıdır. Zorakılıq qurbanı olmuş, əqli və fiziki geriliyi olan və başqa qadınların məsələlərinin işıqlandırılması zamanı hüquq pozuntusuna yol verilir. Beynəlxalq səviyyədə sosial işin etik davranış qaydaları, digər insan hüquqları haqqında olan konvensiya və qaydalara görə çətin vəziyyətdə olan şəxslə qınayıcı formada davranış, onun təhqir edilməsi, baş vermiş hadisələr fonunda onun efir vasitəsilə ifşa edilməsi yolverilməzdir. Bundan əlavə, yeri gəldi-gəlmədi ayrı-ayrı şəxslərin, dövlət qurumlarının adlarının çəkilməsi xoşagəlməz hallarla nəticələnir.

Nəzərə alınmalıdır ki, “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunların tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsinin 388-ci, 388-1, 388-2-ci maddələrinə əsasən məsuliyyət yaradır. Həmçinin AR Cinayət Məcəlləsinə əsasən şəxsi həyatın toxunulmazlığı hüququnu pozma (AR CM-nin 156-cı maddəsi) kimi əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Yuxarıda göstərilənləri əsas götürərək gələcəkdə bu kimi neqativ halların baş verməməsi üçün kütləvi informasiya vasitələrinin məsul şəxsləri və jurnalistlər kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməmələrini, ictimai maraqları nəzərə almalarını, uşaq və qadınların hüquqlarının müdafiəsinə dair məsələlərə daha diqqətlə və həssas yanaşmalarını xahiş edirik".

“Ford”la “VAZ” toqquşdu: like
  • 16 Yan 17:23  
Digərləri “Ford”la “VAZ” toqquşdu:

Cəlilabad rayonunun Alar kəndi ərazisində "Ford Transit" və "

arrow Ətraflı
Radikal müxalifətə xaricdəki sahibləri sədəqə ayırıblar - "Politşou" təqdim edir (Videolayihə) like
  • 16 Yan 17:21  
Digərləri Radikal müxalifətə xaricdəki sahibləri sədəqə ayırıblar - "Politşou" təqdim edir (Videolayihə)

Trend İnformasiya Agentliyi рolitoloq Elçin Alıoğlunun "Politşou" videolay

arrow Ətraflı
Gənc Müəllimlər Assosiasiyasına üzv olmaq üçün 2644 nəfər müraciət edib like
  • 16 Yan 17:20  
Sosial Gənc Müəllimlər Assosiasiyasına üzv olmaq üçün 2644 nəfər müraciət edib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına ( AGMA) üzv olmaq üçün öl

arrow Ətraflı
Rusiyada Komi Respublikasının daxili işlər naziri korrupsiya şübhəsi ilə saxlanılıb like
  • 16 Yan 17:20  
Dünya Rusiyada Komi Respublikasının daxili işlər naziri korrupsiya şübhəsi ilə saxlanılıb

Xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinən v.Polovnikov ba

arrow Ətraflı
Qaradağda evdən külli miqdarda pul oğurlayanlar saxlanılıb like
  • 16 Yan 17:19  
Digərləri Qaradağda evdən külli miqdarda pul oğurlayanlar saxlanılıb

Qaradağ rayonu ərazisindəki evlərin birindən oğurluqda şübhəli bilinən

arrow Ətraflı
Mübariz İbrahimovun şücaətindən bəhs edən “Mübariz” adlı operanın premyerası keçiriləcək like
  • 16 Yan 17:18  
Kriminal Mübariz İbrahimovun şücaətindən bəhs edən “Mübariz” adlı operanın premyerası keçiriləcək

Azərbaycan Televiziyası Mədəniyyət kanalının təşkilatçılığı ilə y

arrow Ətraflı
2019cu ildə 4 milyona yaxın insan dəmir yolundan istifadə edib  FOTO like
  • 16 Yan 17:14  
Digərləri 2019cu ildə 4 milyona yaxın insan dəmir yolundan istifadə edib FOTO

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) 2

arrow Ətraflı
Bağlı qalmış 7 cinayətin üstü açıldı like
  • 16 Yan 17:09  
Digərləri Bağlı qalmış 7 cinayətin üstü açıldı

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədil

arrow Ətraflı
Yanvarın 17-nə manatın məzənnəsi like
  • 16 Yan 17:07  
Digərləri Yanvarın 17-nə manatın məzənnəsi

Yanvarın 17-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Masallıda "Ford" yandı like
  • 16 Yan 17:05  
Digərləri Masallıda "Ford" yandı

Masalladı "Ford" markalı avtomobil yanıb.

arrow Ətraflı
Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun tərkibi təsdiq olunub like
  • 16 Yan 17:02  
Siyasət Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun tərkibi təsdiq olunub

Ukrayna Ali Radasında (parlament) Azərbaycanla parlamentlərarası əlaqələr

arrow Ətraflı
DSK-larda deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatır like
  • 16 Yan 17:00  
Siyasət DSK-larda deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatır

Bu gün Azərbaycanda fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərl

arrow Ətraflı
Azərbaycanda qızıl və gümüş bahalaşıb like
  • 16 Yan 16:59  
Digərləri Azərbaycanda qızıl və gümüş bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb

arrow Ətraflı