Mixail Mişustin Rusiyanın baş naziri vəzifəsinə təsdiqlənib


Digərləri 16 Yan 2020 16:34:00 172 0

Mixail Mişustin Rusiyanın baş naziri vəzifəsinə təsdiqlənib

Rusiya Dövlət Duması Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustini ölkənin baş naziri vəzifəsinə təsdiqləyib.

Bakı. Rusiya Dövlət Duması Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustini ölkənin baş naziri vəzifəsinə təsdiqləyib. Trend-in məlumatına görə, 383 deputat onun lehinə səs verib. 41 nəfər bitərəf qalıb. Əleyhinə səs verən olmayıb. Qeyd edək ki, ötən gün Dmitri Medvedev prezidentin Federal Şuraya müraciətindən sonra hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb.