2019cu ildə 4 milyona yaxın insan dəmir yolundan istifadə edib FOTO


Digərləri 16 Yan 2020 17:14:00 67 0

2019cu ildə 4 milyona yaxın insan dəmir yolundan istifadə edib  FOTO

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, QSC-nin sədri Cavid Qurbanov il ərzində dəmir yolu sahəsində görülən işlər haqqında geniş məlumat verərək, dəmir yolu nəqliyyatının iqtisadiyyatın vacib sahələrindən biri olduğunu vurğulayıb. Sədr bu sahədə görülən işlərin Prezident İlham Əliyevin daim diqqətində olduğunu və dəmir yollarında çalışanların əməyini yüksək qiymətləndirdiyini bildirib.

Sədr qeyd edib ki, ötən il ərzində "Azərbaycan Dəmir Yolları" QSC dövlət başçısı İlham Əliyevin iştirakı ilə 4 mühüm layihənin təqdimatını keçirib: "Prezident İlham Əliyevin aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olması, mayın 21-də Sabunçu dəmir yolu vağzalı kompleksi, noyabrın 19-da Abşeron dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin, dekabrın 29-da isə paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində inşa edilən avtomobil tunelinin açılışında iştirak etməsi bu diqqətin göstəricisidir. Ötən il dövlət başçısı Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi, Ləki Xudat-Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb".

Cavid Qurbanov Prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə müvafiq dövlət strukturları və qurumların qarşısında mühüm öhdəliklər qoyduğunu vurğulayıb: "Dövlət başçısı keçən ilin sonunda Rusiya-Azərbaycan sərhədində açılmış yeni körpünün Şimal-Cənub nəqliyyat dəhlizinin bir parçası olduğunu, Astara-Rəşt dəmir yolunun tikintisi ilə əlaqədar müvafiq sənədlərin imzalandığını qeyd edərək, həmin istiqamətdə fəaliyyətin bu il təsirli olacağına əminliyini bildirib".

QSC sədri ötən il ərzində əldə olunan nailiyyətlərdən də danışıb. Bildirib ki, ümumilikdə yükdaşıma sahəsində 2018-ci illə müqayisədə 9,1% artım qeydə alınıb, bu da məhz qeyri-neft məhsullarının daşınması hesabına əldə olunub. Belə ki, hesabat ili ərzində qeyri-neft yüklərin tranzit daşımalarında ötən il ilə müqayisədə 39,2 % artım müşahidə olunub. Tranzit rejimdə daşınmış yüklərin ümumi artım faizi isə 24,7% olub. Ölkəmizin beynəlxalq nəqliyyat layihələrində iştirakından danışan Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki, bu istiqamətdə yük daşımalarında artım 42%-ə çatıb. Ölkəmizin tranzit nəqliyyat qovşağına çevrilməsində mühüm rol oynayan layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara terminalı vasitəsilə daşınan yükün həcmi ötən dövrlə müqayisədə 38 % artıb.

Sərnişindaşıma sahəsində əldə edilən uğurlara toxunan sədr 2018-ci ildə ölkə daxilində 2 mln 833 min nəfərin dəmir yolundan istifadə etdiyini diqqətə çatdırıb. Ötən il isə bu rəqəm 3 mln 849 min nəfər olub, bu isə 35,8% artım deməkdir. Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində gün ərzində orta hesabla 15 min sərnişinin daşındığını qeyd edən Cavid Qurbanov Abşeron dairəvi dəmir yolunda aparılan yenidənqurma işlərinin gedişatı barədə də məlumat verib. Bildirib ki, bu marşrut üzrə 17 stansiya və dayanacaqdan 15-i tam hazırdır. Digərlərində isə tamamlama işləri gedir. Dəmir yolunun avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün 15 avtomobil tuneli layihələndirilib. Onlardan 8-i tamamlanaraq istismara verilib, 7 tuneldə isə tikinti-quraşdırma işləri davam etdirilir.

Cavid Qurbanov dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiqi, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və digər sahələrdə görülən işlər haqqında ətraflı danışıb. Bildirib ki, Dünya İqtisadi Forumunun 2019-cu il üçün tərtib etdiyi "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə MDB ölkələri arasında 1-ci, indeksin əhatə etdiyi 141 ölkə arasında isə 11-ci olması aparılan islahatların beynəlxalq miqyasda təsdiqini tapması deməkdir.

Qarşıda duran perspektiv işlərdən danışan sədr bu il Qəbələ və Şahdağ layihələrinin prioritet olduğunu vurğulayıb.

Bağlı qalmış 7 cinayətin üstü açıldı like
  • 16 Yan 17:09  
Digərləri Bağlı qalmış 7 cinayətin üstü açıldı

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədil

arrow Ətraflı
Yanvarın 17-nə manatın məzənnəsi like
  • 16 Yan 17:07  
Digərləri Yanvarın 17-nə manatın məzənnəsi

Yanvarın 17-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Masallıda "Ford" yandı like
  • 16 Yan 17:05  
Digərləri Masallıda "Ford" yandı

Masalladı "Ford" markalı avtomobil yanıb.

arrow Ətraflı
Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun tərkibi təsdiq olunub like
  • 16 Yan 17:02  
Siyasət Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun tərkibi təsdiq olunub

Ukrayna Ali Radasında (parlament) Azərbaycanla parlamentlərarası əlaqələr

arrow Ətraflı
DSK-larda deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatır like
  • 16 Yan 17:00  
Siyasət DSK-larda deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatır

Bu gün Azərbaycanda fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərl

arrow Ətraflı
Azərbaycanda qızıl və gümüş bahalaşıb like
  • 16 Yan 16:59  
Digərləri Azərbaycanda qızıl və gümüş bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb

arrow Ətraflı
Komitə: Zorakılıq qurbanı olmuş qadınların... like
  • 16 Yan 16:57  
Digərləri Komitə: Zorakılıq qurbanı olmuş qadınların...

Qanuna görə, KİV-lərin və jurnalistlərin qanuni fəaliyyətinə hər hans

arrow Ətraflı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Latviya səfiri ilə görüşüb like
  • 16 Yan 16:55  
İqtisadiyyat Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Latviya səfiri ilə görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Latviyan

arrow Ətraflı
25 yaşlı qadın avtomobili ilə məhlədə oynayan uşaqların qəsdən üstündən keçdi like
  • 16 Yan 16:54  
Dünya 25 yaşlı qadın avtomobili ilə məhlədə oynayan uşaqların qəsdən üstündən keçdi

Avtomobilini qəsdən məhlədə oynayan uşaqların üstünə sürən qadın s

arrow Ətraflı
Samir Nuriyev Vətəndaşlıq Məsələləri Komissiyasının sədri təyin edilib like
  • 16 Yan 16:43  
Siyasət Samir Nuriyev Vətəndaşlıq Məsələləri Komissiyasının sədri təyin edilib

Samir Nuriyev Vətəndaşlıq Məsələləri Komissiyasının sədri təyin edil

arrow Ətraflı