Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibində dəyişiklik: Samir Nuriyev sədr təyin edildi


Digərləri 16 Yan 2020 16:46:00 143 0

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibində dəyişiklik: Samir Nuriyev sədr təyin edildi

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, 1-ci hissə ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin: “Komissiyanın sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Komissiyanın üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Azərbaycan Respublikasının Daxili İşlər naziri Azərbaycan Respublikasının Xarici İşlər naziri Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Komissiyanın katibi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Miqrasiya və vətəndaşlıq məsələləri sektorunun müdiri.”. 2. 2-ci hissədən “və hərbi məsələlər” sözləri çıxarılsın. 3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin