Qaradağda evdən külli miqdarda pul oğurlayanlar saxlanılıb


Digərləri 16 Yan 2020 17:19:00 131 0

Qaradağda evdən külli miqdarda pul oğurlayanlar saxlanılıb

Qaradağ rayonu ərazisindəki evlərin birindən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Bakı. Qaradağ rayonu ərazisindəki evlərin birindən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də rayon ərazisindəki evlərin birindən 26.758 manat, televizor və noutbuk oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri D.İbayev, X.Hüseynov, əvvəllər məhkum olunmuşlar - B.Cabbarov və T.Həbiyev saxlanılıblar. Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisindəki 1 qarajdan 4 ədəd təkər, su mühərriki və velosiped oğurlamaları da müəyyən edilib.