Sabiq deputat Hüseyn Abdullayevin anası özünə və oğluna bəraət istədi


Digərləri 16 Yan 2020 17:26:21 143 0

Sabiq deputat Hüseyn Abdullayevin anası özünə və oğluna bəraət istədi

Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva və digərlərinin şikayəti üzrə məhkəmə prosesi davam edib.

Bakı. Samir Əli - Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva və digərlərinin şikayəti üzrə məhkəmə prosesi davam edib. Trend-in məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən təqsirləndirilən Zeynəb Abdullayeva məhkəmədən özü və oğlu Hüseyn Abdullayev barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Z.Abdullayevanın vəkili Vasif Mirzəyev də müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını və xüsusi müsadirə edilən əmlakların geri qaytarılmasını xahiş edib. İş üzrə mülki iddiaçı olan Vergilər Nazirliyinin nümayəndəsi isə mülki iddiaların təmin edilməsini istəyib. Prokuror apelyasiya şikayətlərinə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib. Proses yanvarın 29-da davam edəcək.