Gəncədə “Kukla” teatrının yaxınlığında 12 ədəd top mərmisi aşkarlanıb (FOTO)


Digərləri 16 Yan 2020 00:31:00 42 0

Gəncədə “Kukla” teatrının yaxınlığında 12 ədəd top mərmisi aşkarlanıb (FOTO)

Gəncə şəhəri, “Kukla” teatrının yaxınlığında 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub

Bakı. Yanvarın 15-i saat 18:26-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, “Kukla” teatrının yaxınlığında 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub. ANAMA-dan Trend-ə verilən xəbərə görə, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Gəncə Regional Mərkəzinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Nizami rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Gəncə çayının sağ sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əl arabasında 4 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) aşkar olunub, ətrafında 300 kv.m əraziyə yerüstü baxış zamanı məişət tullantıları ərazisindən daha 10 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Nümayəndələr Palatası Trampın impiçmenti üzrə işi Senata verib like
  • 16 Yan 00:22  
Digərləri Nümayəndələr Palatası Trampın impiçmenti üzrə işi Senata verib

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə prezidenti Donald Trampın im

arrow Ətraflı
Günün qoroskopu: mənfi tendensiyaların təsiri hələ də güclüdür like
  • 16 Yan 00:01  
Digərləri Günün qoroskopu: mənfi tendensiyaların təsiri hələ də güclüdür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Ən yaxşı pəhrizlər açıqlandı like
  • 15 Yan 23:52  
Digərləri Ən yaxşı pəhrizlər açıqlandı

Xarici diyetoloq və digər qida mütəxəssisləri artıq çəkidən qurtulmağ

arrow Ətraflı
Azərbaycanın balet artisti beynəlxalq yarışmada Qran-Pri qazanıb (FOTO) like
  • 15 Yan 23:51  
Digərləri Azərbaycanın balet artisti beynəlxalq yarışmada Qran-Pri qazanıb (FOTO)

O, indiyə qədər bir çox müsabiqələrdə iştirak edib.

arrow Ətraflı
İspaniyada zavodda partlayış zamanı 3 nəfər ölüb like
  • 15 Yan 23:50  
Dünya İspaniyada zavodda partlayış zamanı 3 nəfər ölüb

​İspaniyada zavodda partlayış zamanı 3 nəfər ölüb

arrow Ətraflı