İspaniyada zavodda partlayış zamanı 3 nəfər ölüb


Dünya 15 Yan 2020 23:50:45 138 0

İspaniyada zavodda partlayış zamanı 3 nəfər ölüb

​İspaniyada zavodda partlayış zamanı 3 nəfər ölüb

İspaniyanın Tarraqona vilayətində zavodda baş verən güclü partlayış nəticəsində 3 nəfər ölüb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə zamanı xəsarət alaraq ağır vəziyyətdə olan yaralılardan biri xəstəxanada ölüb.

“Val d Ebron xəstəxanasına ağır vəziyyətdə yerləşdirilən yaralı ölüb”, - deyə Kataloniyanın Mülki Müdafiə Xidmətinin “Twitter” səhifəsində bildirilir.

Xatırladaq ki, daha əvvəl hadisə zamanı 2 nəfərin öldüyü xəbər verilib.