İdmanı siyasətə dəyişən məşhurlar FOTO


Digərləri 15 Yan 2020 23:45:00 87 0

İdmanı siyasətə dəyişən məşhurlar  FOTO

Dünya təcrübəsində bir peşə sahibinin digər sahədə özünü sınaması nadir hadisə deyil. Bəzən musiqini seçən bir insan sonradan taleyini idmana bağlayır və ya əksinə. Bəzən isə peşəkar idmanda müəyyən uğurlar qazanan biri özünü siyasətdə sınamaq istəyir. "Siyasətin idmanla heç bir əlaqəsi yoxdur", - deyənlər çox güman ki, yanılırlar. Sən demə, idman və siyasət heç də biri-birindən uzaq sahələr deyilmiş.

Son.az AZƏRTAC-a istinadən idmanı siyasətə dəyişən bəzi məşhurlarla sizi tanış edir.

Vitali Kliçko

Məşhur boksçu, ağır çəkidə WBO, WBC və WBA versiyaları üzrə üçqat, kikboksinq üzrə altıqat dünya çempionu olan Vitali Kliçko özünü yalnız idman aləmində təsdiq etməyib. 2006-cı ildən siyasətə qatılan Kliçko 2008-ci ilədək Ukrayna Prezidentinin müşaviri vəzifəsində çalışıb.

2012-ci ilin oktyabr ayında Vitali Kliçkonun "УДАР" Partiyası parlament seçkilərində 42 deputat mandatı qazanıb, boksçunun özü isə fraksiyanın başçısı vəzifəsində çalışıb. Ancaq məşhur boksçu bunlarla kifayətlənmək fikrində deyildi. Hətta 2013-cü ildə Dünya Boks Şurasının prezidenti Xose Süleyman ilə görüşü zamanı Kliçko ona gələcək planlarından danışıb və prezident seçkilərində namizədliyini irəli sürmək fikrində olduğunu demişdi.

Qeyd edək ki, hazırda Vitali Kliçko Kiyev Şəhər Şurasının deputatı və "УДАР" Partiyasının sədridir. O, kiçik qardaşı Vladimir Kliçko ilə birlikdə xeyriyyə fondu yaradıb. Həmin fond vasitəsilə gənclərin idmana cəlb olunması və sağlam həyat tərzinin təşviqi həyata keçirilir.

Menni Pakyao

Məşhur filippinli boksçu Menni Pakyao idman karyerasına 1995-ci ildə başlayıb. Səkkiz müxtəlif kateqoriyada dünya çempionu kimi boks tarixinə düşən Pakyao karyerası ərzində 56 qələbə qazanıb, cəmi 5 dəfə məğlub olub. Qələbələrinin 38-ni nokautla qazanıb. Amerika İdman Akademiyası versiyası üzrə 2009-cu ilin ən yaxşı idmançısı seçilən Menni Pakyao siyasət aləmində də kifayət qədər tanınır. Menni ilk dəfə siyasətdə özünü 2007-ci ildə sınayıb və o vaxt Filippin Liberal Partiyasının nümayəndəsi seçilib.

İdmançı 2010-cu ildə keçirilən parlament seçkilərində qalib gəlib. Menni Pakyao müsahibələrinin birində deyib: "Mənim siyasətçi kimi xalqıma xidmət etməyə hər zaman vaxtım var. Lakin əgər irəlidə ciddi bir döyüş planlaşdırılsa, o zaman mən digər işlərimi ikinci plana keçirirəm".

Kaxa Kaladze

Kaxa Kaladze futbol karyerasına 11 yaşında olarkən doğma şəhəri Samtredianın yeniyetmələrdən ibarət komandasında başlayıb. Hücumçu qismində meydana çıxan Kaxa daha sonra SSRİ milli komandasının keçmiş futbolçusu David Kipiani tərəfindən Tiflisin "Dinamo" klubuna dəvət alıb. 1998, 1999, 2000-ci illərdə Gürcüstan çempionu olan Kaxa 2001-ci ildə "Milan"-a transfer olunub. O, 2004-cü ildə İtaliya çempionu, həmin ildə İtaliya Superkubokunun, 2003 və 2007-ci illərdə UEFA Superkubokunun sahibi olub. Bununla da Kaxa Kaladze Gürcüstanın ən bahalı futbolçusu adını alıb. Lakin o, futbolla kifayətlənməyib. 2012-ci ilin oktyabrında keçirilən parlament seçkilərində qalib gələrək Bidzina İvanaşvilinin sahibi olduğu "Грузинская мечта" koalisiyasının ən fəal üzvlərindən birinə çevrilib və Gürcüstanın Enerji və Təbii Sərvətlər naziri seçilib. O, 2017-ci ildən Tbilisi şəhərinin meri vəzifəsində çalışır.

Qızardılmış yeməklərdən mümkün qədər uzaq olmaq lazımdır like
  • 15 Yan 23:21  
Digərləri Qızardılmış yeməklərdən mümkün qədər uzaq olmaq lazımdır

Gündəlik qida rasionumuzda qızardılmış yeməklər üstünlük təşkil edi

arrow Ətraflı
Avropa Parlamenti "Brexit" üzrə razılaşmanı ayın sonunda təsdiqləyəcək like
  • 15 Yan 23:18  
Dünya Avropa Parlamenti "Brexit" üzrə razılaşmanı ayın sonunda təsdiqləyəcək

Avropa Parlamenti "Brexit"in şərtləri üzrə razılaşmanı ayın s

arrow Ətraflı
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var like
  • 15 Yan 23:11  
Sosial Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

arrow Ətraflı
Avropa Parlamenti "Brexit" üzrə razılaşmanı ayın sonunda təsdiqləyəcək like
  • 15 Yan 23:05  
Digərləri Avropa Parlamenti "Brexit" üzrə razılaşmanı ayın sonunda təsdiqləyəcək

Avropa Parlamenti "Brexit"in şərtləri üzrə razılaşmanı ayın sonunda tə

arrow Ətraflı
Dünyanın ən qədim şəkilli kitabı tapılıb like
  • 15 Yan 23:03  
Digərləri Dünyanın ən qədim şəkilli kitabı tapılıb

Arxeoloqlar Misirdə dünyanın ən qədim şəkilli kitabını tapıblar. Təxm

arrow Ətraflı
Avropa Parlamenti yanvarın sonunda “Brexit” müqaviləsini təsdiqləyəcək like
  • 15 Yan 23:02  
Dünya Avropa Parlamenti yanvarın sonunda “Brexit” müqaviləsini təsdiqləyəcək

​Avropa Parlamenti ayın sonunda “Brexit” müqaviləsini təsdiqləyəcək

arrow Ətraflı