Çində avtomobil satışları azalıb


Dünya 15 Yan 2020 23:56:00 122 0

Çində avtomobil satışları azalıb

Dünyanın ən böyük avtomobil bazarı olan Çində ötən il avtomobil satışları 8,2 faiz azalıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2019-cu ildə ölkədə 25,7 milyon avtomobil satılıb. Sərnişin avtomobillərinin satışı 9,6 faiz, ekoloji təmiz avtomobillərin (elektrik enerjisi də daxil olmaqla, yeni enerji mənbələrindən istifadə edən avtomobillər) satışı isə 4 faiz azalıb. Keçən il Çində avtomobil istehsalı da 7,5 faiz azalıb.

Qeyd edək ki, 18 il ardıcıl artımın ardından son 2 ildə Çində avtomobil satışlarında azalma müşahidə olunur. 2018-ci ildə satışlar əvvəlki illə müqayisədə 2,8 faiz azalmışdı. Buna baxmayaraq, həmin il tətbiq olunan subsidiyalar nəticəsində ekoloji təmiz avtomobillərin satışı xeyli çoxalmışdı. Ötən ilin iyununda ekoloji təmiz avtomobillərin satışına tətbiq olunan subsidiyanın dayandırılması bu növ nəqliyyat vasitələrinin satışına da mənfi təsir göstərdi.

Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi cari ildə də ekoloji təmiz avtomobillərin satışına iri subsidiyaların tətbiq olunmayacağını açıqlayıb.