Türkiyədə təyyarəni partlatmaq istəyən qadın danışdı: "Arxamdakılar..."


Dünya 15 Yan 2020 23:25:00 134 0

Türkiyədə təyyarəni partlatmaq istəyən qadın danışdı: "Arxamdakılar..."

Türkiyənin İstanbul şəhərində yerləşən Sabiha Gökçen Beynəlxalq Hava limanından Kiprə uçmaağa hazırlaşan sərnişin təyyarəsində "Mən FETÖ-çüyəm və bu təyyarəni partladacağam" qışqıraraq təşviş yaradan Nikar Deliormanlı adlı qadın məhkəməyə çıxarılıb.

Son.az xəbər verir ki, qadın psixi xəstə olduğunu, depressiyaya qarşı dərmanlar qəbul etdiyini və olayın baş verdiyi gün dərmanın təsirində qaldığını deyib.

Deliormanlı bildirib ki, bu səbəbdən təyyarədə baş verənləri xatırlamır: "Olay tarixində təyyarədə sərnişin qismində əyləşmişdim. Arxamdakı insanlar geyimimi tənqid edib mənə FETÖ-çü dedilər. Mən də onlara "hər gördüyünüzü FETÖ-çü zənn etməyin" dedim. Dərman istifadə etdiyimi üçün başqa nə dediyimi xatırlamıram. Özümdən getmişdim".

O bildirib ki, 22 gün xəstəxanada yatıb. Təyyarənin stüardessası xəstə olduğunu bilib, amma müdaxilə etməyib.

Məhkəmə Nikar Deliormanlının həbs müddətinin uzadılmasına qərar verib.