Qaməti düzgün formalaşdıran "ağıllı" stul hazırlanıb


Digərləri 15 Yan 2020 22:51:00 159 0

Qaməti düzgün formalaşdıran "ağıllı" stul hazırlanıb

Rusiya Federasiyasının Cənubi Ural Dövlət Universitetinin alimləri məktəblilərin qamətini nəzarətdə saxlayan stul hazırlayıblar.

Son.az e-tibb.az-a istinadən bildirir ki, "ağıllı" stulun tənzimləyiciləri oturan şəxsin vəziyyətini müəyyən edir və səliqəsiz şəkildə oturduqda siqnal verir.

Qurğunun köməyi ilə gənc yaşdan qaməti düzgün inkişaf etdirmək mümkündür. O, həm də müxtəlif xəstəliklərin qarşısını almağa kömək edəcək.

"Ağıllı" stul görünüşünə görə adi oturacaqlara bənzəyir. Cihazın üstünlüyü insanın düzgün oturuş formasını müəyyənləşdirən və onu xəbərdar edən tənzimləyicilərin mövcud olmasındadır. O, dayaq-hərəkət sistemi ilə əlaqəli patologiyaları təyin etmək qabiliyyətinə də malikdir.