Şəkidə 34 yaşlı qadın dərmandan zəhərlənib


Sosial 15 Yan 2020 22:12:30 145 0

Şəkidə 34 yaşlı qadın dərmandan zəhərlənib

​Şəkidə dərman qəbul edən 34 yaşlı qadın zəhərlənib

Şəkidə zəhərlənmə hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhər sakini, 1986-cı il təvəllüdlü Səidə Məmmədkərimova zəhərlənmə əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı xəstənin dərmandan zəhərlənməsi məlum olub.

Xəstə dediyinə görə, onun vəziyyəti dərman qəbul etdikdən sonra pisləşib. Xəstəyə yardım göstərilib, onun vəziyyətinin kafi olduğu bildirilir.