“AMOR Təqaüdü”nün qalibləri müəyyənləşib


Dünya 15 Yan 2020 21:15:07 126 0

“AMOR Təqaüdü”nün qalibləri müəyyənləşib

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən “AMOR Təqaüdü”nün qalibləri müəyyənləşib.

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən “AMOR Təqaüdü”nün qalibləri müəyyənləşib.

Bu barədə “Report”un Rusiya bürosuna AMOR-dan məlumat verilib.

Bildirilib ki, bu il ilk dəfə olaraq Rusiyanın ali məktəblərində təhsil alan azərbaycanlı gənclərindən əla qiymətlərlə oxuyanlar üçün birillik təhsil haqqı AMOR tərəfindən ödəniləcək. Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu haqqında elan təşkilatın rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində yerləşdirildikdən sonra tələbələrin müraciətləri müsabiqə qaydalarına əsasən yoxlanılaraq qaliblər müəyyənləşdirilib.

Xatırladaq ki, müsabiqədə Rusiya ali məktəblərinin əyani şöbələrində bakalavr və ya magistr proqramları ilə təhsil alan və bütövlüklə əla qiymətlərlə oxuyan azərbaycanlı tələbələr iştirak etmək hüququna malikdir. Bu müsabiqənin hər il keçiriləcəyi bildirilir.

2009-cu ildə Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış Rusiya Azərbaycanlı Gənclər Təşkilatı sözügedən ölkədəki azərbaycanlı gənclərin sosial, yaradıcılıq, təhsil təşəbbüslərini dəstəkləməyi qarşıya məqsəd qoyub. Hazırkı layihə də əlaçı soydaşları dəstəkləmək, yerdə qalanları daha yaxşı oxumağa təşviq etmək üçün həyata keçirilir.