Putin Federal Vergi Xidmətinin rəhbərinin namizədliyini baş nazir vəzifəsinə təklif edib


Dünya 15 Yan 2020 20:38:00 118 0

Putin Federal Vergi Xidmətinin rəhbərinin namizədliyini baş nazir vəzifəsinə təklif edib

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin baş nazir vəzifəsinə namizədliyini təqdim edib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Prezident Vladimir Putin Mixail Mişustinlə işgüzar görüş keçirib və onu baş nazir vəzifəsinə dəvət edib. Razılığını alan Putin, Mişustinin baş nazir kimi namizədliyini Dövlət Dumasının müzakirəsinə təqdim edib", - mətbuat xidməti bildirib.

Mişustin Rusiya Federasiyasının Federal Vergi Xidmətinə 2010-cu ilin aprel ayından rəhbərlik edir.