Ramzan Kadırov müvəqqəti olaraq vəzifəsindən gedib


Dünya 15 Yan 2020 20:39:47 134 0

Ramzan Kadırov müvəqqəti olaraq vəzifəsindən gedib

Çeçenistanın rəhbəri Ramzan Kadırov müvəqqəti olaraq vəzifəsini tərk edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Çeçenistan rəhbərinin rəsmi saytında bildirilir.

Qeyd edilir ki, R.Kadırov Çeçenistan Respublikası Konstitusiyasının 76-cı maddəsinə uyğun olaraq, müvəqqəti olaraq iş qabiliyyətini itirdiyi üçün vəzifəsini yanvarın 13-dən Çeçenistan Respublikası hökumətinin sədri Müslim Xuçiyevə həvalə edib.

Sənəd yanvarın 13-də imzalanıb.