Ramzan Kadırov müvəqqəti olaraq vəzifəsindən gedib


Digərləri 15 Yan 2020 20:33:00 124 0

Ramzan Kadırov müvəqqəti olaraq vəzifəsindən gedib

Vəzifəsini yanvarın 13-dən Çeçenistan Respublikası hökumətinin sədri Müslim Xuçiyevə həvalə edib.

Bakı. Çeçenistanın rəhbəri Ramzan Kadırov müvəqqəti olaraq vəzifəsini tərk edib. Trend-in məlumatına görə, bu barədə Çeçenistan rəhbərinin rəsmi saytında bildirilir. Qeyd edilir ki, R.Kadırov Çeçenistan Respublikası Konstitusiyasının 76-cı maddəsinə uyğun olaraq, müvəqqəti olaraq iş qabiliyyətini itirdiyi üçün vəzifəsini yanvarın 13-dən Çeçenistan Respublikası hökumətinin sədri Müslim Xuçiyevə həvalə edib.