Üç yaşlı qız hərəkətdə olan avtomobildən yola yıxıldı VİDEO
Dünya 15 Yan 2020 20:20:00 138 0
Türkiyənin Manisa vilayətində 3 yaşlı qızın hərəkətdə olan avtomobildən yola düşmə görüntüləri təhlükəsizlik kamerasına düşüb.
Son.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Alaşəhər - Eşmə avtomagistralının Sobran məhəlləsi ərazisində qeydə alınıb.
Kadrlarda, "Tofaş" markalı minik avtomobilinin hərəkətdə olduğu və qəfildən sağ arxa qapısının açılaraq yola balaca qızın yıxıldığı görülür. Daha sonra "Tofaş"dan enən 3 nəfər qaçaraq üç yaşlı qızı qucaqlarına alır, ardınca da avtomobilə aparırlar.
Yerli medianın bildirdiyinə görə, hadisə nəticəsində balaca qız yüngül xəsarətlər alıb.
Mənbə: milli.az