Yerli əhali turizm fəaliyyətinə cəlb olunsun


Digərləri 15 Yan 2020 19:37:00 124 0

Yerli əhali turizm fəaliyyətinə cəlb olunsun

Azərbaycanda turizm sənayesi nümayəndələrinə yerli əhalini turizm fəaliyyətinə cəlb etmək tövsiyə edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən hazırlanan, tövsiyə xarakterli "Turizm sənayesi nümayəndələrinin etik kodeksi"ndə öz əksini tapıb.

Sənədə əsasən, yerli əhali turizm fəaliyyətinə cəlb edilməlidir və onlar formalaşan iqtisadi, sosial və mədəni faydaların alınmasında bərabərhüquqlu əsaslarla iştirak etməlidirlər:

"Azərbaycanda turizm siyasəti elə şəkildə aparılmalıdır ki, bu səfər edilən rayonların əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə yardım etsin və onun ehtiyaclarına cavab versin.

Bununla yanaşı, turizm mərkəzləri və yerləşdirmə vasitələrinin şəhərsalma və memarlıq planlaşdırması və istismarı zamanı onların yerli sosial-iqtisadi mühitə maksimal inteqrasiyasının nəzərdə tutulması lazımdır. Eyni şəraitdə ilk növbədə yerli işçi qüvvəsinin muzdlu işə götürülməsinin mümkünlüyünü araşdırmaq lazımdır".