İran Xəzər dənizini dəmiryolu ilə Fars körfəzinə birləşdirəcək


Digərləri 15 Yan 2020 19:37:00 133 0

İran Xəzər dənizini dəmiryolu ilə Fars körfəzinə birləşdirəcək

İran Xəzər dənizini dəmiryolu vasitəsi ilə Fars körfəzinə birləşdirmək üçün ciddi addımlar atmaqdadır.

Bakı. Elnur Bağışov - İran Xəzər dənizini dəmiryolu vasitəsi ilə Fars körfəzinə birləşdirmək üçün ciddi addımlar atmaqdadır. Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmir Yolları Şirkətinin icra direktoru Səid Rəsuli "Tasnim" informasiya agentliyinə açıqlamasında deyib. O bildirib ki, bu dəmiryolu Fars körfəzindən başlayır və Şimal-Cənub dəhlizi çərçivəsində Azərbaycana birləşəcək. Rəsulinin sözlərinə əsasən, hazırda bu dəmiryolunda inşa olunmayan hissə Rəşt-Astara dəmiryoludur. “Eyni zamanda Rəşt-Ənzəli və Kaspian limanına dəmiryolu inşa ediləcək” – deyə o qeyd edib. Rəşt-Astara dəmiryolunun uzunluğunun təxminən 164 kilometr olduğunu deyən nazir müavininin sözlərinə görə, İranın Yol və Şəhərsalma Nazirliyi və Dəmir Yolları Şirkəti bu dəmiryolunun inşa edilməsini əsas prioritetlərdən biri hesab edir.